525.Az

Mikayıl Cabbarov: “Görüləsi işlər hələ çoxdur”


 

Mikayıl Cabbarov: “Görüləsi işlər hələ çoxdur”<b style="color:red"></b> “Ali təhsil sistemində adambaşına maliyyələşmənin tətbiqi ali təhsil məsələlərində maliyyə muxtariyyətinin əsasını qoyub, öz gəlirlərini ehtiyaclarına uyğun şəkildə xərcləmək, müstəqil qərar qəbul etmə imkanı verib”.

Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Mikayıl Cabbarov bildirib.

O deyib ki, dövlət sifarişinin adambaşına maliyyə prinsipinin üzərində qurulması onlar arasında sağlam rəqabəti gücləndirib. Nazirin sözlərinə görə, artıq bir çox ali məktəblər bu sahədə müəyyən təcrübə qazanıblar: “Dövlət sifarişinin adambaşına maliyyələşmə prinsipinin üzərində qurulması dolayısı ilə ali məktəblərin reytinqini müəyyən etməklə onlar arasında sağlam rəqabət yaradıb. Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasında 5 əsas istiqamətindən biri dünyanın aparıcı təhsil standartları ilə eyni səviyyədə olan maliyyələşdirmə modelinin qurulmasını ehtiva edir. Bu istiqamətdə görüləsi işlər hələ çoxdur. İlkin mərhələdə ən böyük hədəf daxili xərclər strukturunun optimallaşdırılması və təhsilə adekvat həcmdə maliyyə resurslarının cəlb edilməsidir. Onu da unutmamalıyıq ki, aparılan islahatların mərkəzində tələbələr durur. Atılan addımların əsas məqsədi onların təhsillərində keyfiyyət artımına nail olmaqdır”.
 





27.06.2014    çap et  çap et