525.Az

Milli Məclis Gülər Əhmədovanın yerinə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərini seçəcək


 

Milli Məclis Gülər Əhmədovanın yerinə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbərini seçəcək<b style="color:red"></b> Milli Məclis Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun yeni rəhbərini seçəcək.

MM-in mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu Trend-ə bildirib ki, mandatı ləğv olunmuş Gülər Əhmədovanın rəhbərlik etdiyi Azərbaycan-Çexiya parlamentlərarası əlaqələr üzrə işçi qrupuna yeni rəhbərin seçilməsi üçün parlamentin növbəti plenar iclaslarında məsələ qaldırılacaq.

Plenar iclasda, həmçinin Milli Məclisin İntizam komissiyası katibi vəzifəsinə də yeni təyinat baş tutacaq. Qeyd edək ki, deputat Siyavuş Novruzovun sədrlik etdiyi İntizam komissiyasında katib eks-deputat Gülər Əhmədova idi.

Azərbaycan Mərkəzi Seçki Komissiyası oktyabrın 3-də Xətai II seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Gülər Əhmədovanın deputat mandatından məhrum edilməsi ilə bağlı müraciətinə dair qərar qəbul edib.
 





30.10.2012    çap et  çap et