525.Az

"Bu, prinsipial və qətiyyətli çıxış idi"


 

"Bu, prinsipial və qətiyyətli çıxış idi"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev iyunun 24- Avropa Şurası Parlament Assambleyasının sessiyasında çıxış edib. Dövlət başçısı müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasi iqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, Azərbaycanın təşəbbüsü liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi digər məsələlər barədə danışmış, həmçinin AŞPA deputatlarının suallarını cavablandırıb.

Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, sistemli təhlili, dəmir iradəsi məntiqi, müstəqil analitik mühakimə qabiliyyəti, prinsipiallığı, qətiyyəti AŞPA deputatları, ekspertlər, şərhçilər, yerli xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib. 

Azərbaycan Prezidentinin çıxışı bir daha təsdiq etdi ki, İlham Əliyev qlobal düşüncə tərzinə malik olaraq siyasi, iqtisadi humanitar sahələrdə regionda dünyada cərəyan edən prosesləri, baş verən hadisələri yaxından izləməklə yanaşı, onların arasında bağlılığı aydın görür öz fəaliyyətində bunları nəzərə alır. Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla reallaşdırılmasında, xarici aləmlə əlaqədə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli enerji nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır.

Azərbaycanın millət vəkilləri bu fikirdədirlər. Prezident İlham Əliyevin çıxışına münasibət bildirən

deputat Aydın Mirzəzadə "Trend" agentliyinə deyib ki, İlham Əliyev AŞPA sessiyasında çıxışı zamanı güclənən, öz maraqlarını bilən qoruyan, demokratiyaya bağlı olan bir ölkənin lideri kimi Azərbaycanın bir sıra məsələlərə dair mövqeyini ortaya qoydu: "Eyni zamanda, AŞPA Nazirlər Şurasına yarım il rəhbərlik edəcək bir ölkə kimi Azərbaycanda demokratik cəmiyyət quruculuğundakı uğurlarımızdan danışdı. Bununla belə, cənab Prezident qeyd etdi ki, Azərbaycanın bu gün əsas problemi qonşu Ermənistan tərəfindən ərazimizin bir hissəsinin işğal edilməsi Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Dövlət başçısı bildirdi ki, Ermənistan beynəlxalq hüquq normalarını pozub beynəlxalq birliyi bu məsələyə obyektiv münasibət bildirməyə, Ermənistana qarşı sanksiyalar tətbiq etməyə çağırdı. Hesab edirəm ki, cənab Prezident növbəti dəfə yüksək tribunadan Ermənistanın beynəlxalq hüquq normalarına riayət etməkdən imtina edən sivil qaydaları qəbul etməyən bir ölkə olduğunu bir daha göstərdi ikili standartlardan əl çəkərək Ermənistana qarşı müvafiq tədbirlər görülməsinə çağırış etdi. Çünki belə bir əməli digər ölkə etsəydi, çoxdan beynəlxalq aləmdən təcrid olunmuşdu, artıq sanksiyalara məruz qalmışdı. Ancaq Ermənistana qarşı yumşaqlıq edilir".

Deputat bildirib ki, ATƏT-in Minsk qrupunun üç həmsədr ölkəsindən birinin Ermənistana qarşı sanksiyalar tətbiq etməsi kifayətdir ki, Ermənistan qısa müddət ərzində Azərbaycanın ərazi bütövlüyünü tanıyaydı: "Azərbaycan Prezidenti bu qətiyyətli çıxışında növbəti dəfə Ermənistanı tənqid atəşinə tutdu Ermənistanın artıq öz mövqeyini müdafiə etməkdə ciddi çətinliklər çəkməsi hiss edildi".

A.Mirzəzadə qeyd edib ki, Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, prinsipiallığı, qətiyyəti PA deputatları, ekspertlər, şərhçilər, yerli xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilib.

"Prezident İlham Əliyevin AŞPA-da çıxışı zamanı təxribata əl atanların davranışı fitnəkarlıqdır. Belə adamların milli hissi, milli marağı yoxdur". Bu barədə isə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Prezident İlham Əliyevin AŞPA-da çıxışı zamanı Avropada yaşayan bir qrup azərbaycanlının xüsusi köynəklər geyinərək etiraz etməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, onlar Azərbaycanın maraqlarını həmişə ayaqlar altına atmağa hazır olan adamlardır: "Onlar ayrı-ayrı qrupların, dairələrin sifarişlərini yerinə yetirirlər. Dərinə gedəndə görürük ki, bu adamların ipinin bir ucu da erməni lobbisinin əlindədir. Ona görə mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm".

M.Qurbanlı onu da əlavə edib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, eləcə ölkəmizin dünyadakı mövqeyini göstərib: "Belə olan halda milli hissi olan adam dövlətinin başçısına, yaxud öz dövlətinə qarşı belə hərəkət edərmi? Ölkə daxilində müxtəlif siyasi fikirlilik ola bilər. Lakin bunu özümüz öz daxilimizdə həll etməliyik. Gedib düşmən Ermənistanın nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatda öz ölkənin əleyhinə bu cür hərəkətlər etmək, "mən erməninin yanındayam", "mən erməniyə xidmət edirəm" deməkdir. Onlar bununla da antimilli ünsür olduqlarını nümayiş etdirdilər. Bu cür fitnəkarlığı, təxribatları radikal müxalifət onların ətrafındakılardan görmüşük. Azərbaycan xalqı isə bu cür hərəkətləri qətiyyətlə pisləyir, belə adamları rədd edir həmişə rədd edəcək".

Azərbaycan dövlət başçısının Avropanın ən yüksək tribunasından bu qurumun üzvü olan parlamentarilərin qarşısında çıxışı ilə bağlı iclasda iştirak etmiş Milli Məclisin Hüquq siyasəti dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynli fikirlərini bölüşüb. Komitə sədri "Qafqazinfo"ya deyib ki, İlham Əliyevin AŞPA-dakı çıxışından, çıxışdan sonra sual-cavab mərhələsində verdiyi tutarlı cavablardan, eyni zamanda iclasdan sonrakı situasiyalardan yalnız qürur duymaq olar: "Nəzərdən qaçırmaq lazım deyil ki, Avropanın ən yüksək tribunası konfliktlərin həlli ya müzakirəsi üçün yer deyil. Lakin Azərbaycan prezidenti öz çıxışında ölkənin həqiqətlərini, Ermənistanın təcavüzünü, bunun doğurduğu fəsadları çox yüksək ustalıqla çatdırdı. Nəzərə alaq ki, orada Ermənistan nümayəndə heyəti iştirak edirdi orada xoşagəlməz situasiyalar yaşana bilərdi. Lakin İlham Əliyev yüksək diplomatik  manevrlərlə bütün həqiqətlərimizi onların nəzərinə çatdırdı. Hansı ki, iclasdan sonra bir çox ölkələrin parlamentariləri Azərbaycan prezidentinə yaxınlaşıb onunla qürur duyduqlarını bildirirdilər. Bu məqamlar AŞPA-da lentə alınaraq nümayiş etdirilmiş kadrlarda da var".

Əli Hüseynli xatırladıb ki, İlham Əliyevin AŞPA-dakı özünə əmin inamlı çıxışı bütün dünyaya canlı olaraq yayımlanırdı: "Yəqin ki, baş verənlərlə bağlı dediklərimi kadrları izləyən istənilən şəxs təsdiqləyə bilər. Avropa fəxr etsin ki, AŞPA-ya 6 ay İlham Əliyevin prezidenti olduğu Azərbaycan rəhbərlik edir".

Əli Hüseynli həmçinin iclasda dövlət başçısı çıxış edərkən bir qrup gəncin etiraz etməsinə toxunub: "Həmin şəxslərin guya aksiya keçirmək cəhdləri, həm prezidentə guya ölkədə problemlərin olması ilə bağlı ünvanlanmış suallar müəyyən təxribat planlarının nəticəsi idi. Biz bilirik ki, bunu ermənilərlə işbirliyində olan hüquq müdafiəçiləri təşkil etmişdi. Bu haqda bizim əlimizdə kifayət qədər fakt var. Prezidentə verilən suallar ermənilər tərəfindən yazılaraq həmin şəxslərin stolunun üstünə qoyulmuşdu. Amma İlham Əliyevin çəkinmədən bütün suallara açıq şəkildə verdiyi cavablar demək olar ki, hansısa neqativlər yaradacağını düşünənlərin cəhdlərini uğursuzluğa yuvarlatdı".

"Azərbaycan Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasındakı  nitqi müstəqil Azərbaycan dövlətinin diplomatiya tarixinin şərəfli səhifələrindən biridir". Bunu isə SİA-ya millət vəkili, professor Musa Qasımlı deyib. Parlament üzvünün sözlərinə görə, Prezident özünün mükəmməl nitqi ilə müasir dövrün mahir siyasətçilərindən dövlət adamlarından biri olduğunu təsdiq etdi: "Bu tək dövlət başçısının nitqi deyil, eyni zamanda Azərbaycan Respublikası dövlətinin bir daha təqdimatı idi. Avropa Şurasına üzv olan ölkələr, eləcə cənab Prezidentin nitqi haqqında məlumatı yayan digər ölkələrin kütləvi informasiya vasitələri Azərbaycan haqqında tam dolğun məlumata malik oldular. Ölkə rəhbərinin nitqi ilə mən bir azərbaycanlı olaraq qürur duydum. Bu AŞPA-dakı nitqdən Fransaya səfərdən sonra Azərbaycan Prezidentinin hərbi təlimlərdə iştirakı etməsi bir daha göstərdi ki, diplomatiya gücə arxalanmalıdır. Bu gün Azərbaycan dövləti güclü bir dövlətdir. Ermənistanın narahatlığına gəlincə isə burada hər şey aydındır. Ermənistan təcavüzkar dövlətdir, Azərbaycan ərazilərini işğal edib burada etnik-təmizləmə siyasəti yürüdüb. İşğalçı ölkə terroru dünya səviyyəsində himayə edən dövlətdir. Ermənistanın müasir dünya qaydalarına uymayan siyasəti ölkə başçısının nitqində öz əksini tapdı. Hesab edirəm ki, Prezident İlham Əliyev bu nitqi ilə Ermənistana öldürücü diplomatik zərbə endirmiş oldu".

"Prezident İlham Əliyevin AŞPA-nın sessiya iclasındakı çıxışı Azərbaycanın imicinin yaxşı mənada möhkəmlənməsinə səbəb olacaq. Prezident çıxışı zamanı həmçinin Ermənistanın işğalçı olduğunu da xüsusilə vurğuladı". Bu fikirləri millət vəkili Çingiz Qənizadə deyib.

Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev orada yarım saat ərzində yüksək səviyyədə çıxış edərək avropalı parlamentarilərin suallarını layiqincə cavablandırıb: "Ölkə başçısının çıxışı hərtərəfli verdiyi mesajlar da aydın idi".

Ç.Qənizadə eyni zamanda ölkə başçısının çıxışının ölkəmiz üçün müsbət təsirlərinin olacağını bildirib: "Dövlət başçısının çıxışı çoxsaylı ölkələrdən olan parlamentarilər tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən çıxış geniş auditoriya tərəfindən yüksək səviyyədə qarşılandı. Yarım saat ərzində prezidentimizə kifayət qədər suallar ünvanlandı. İlham Əliyev bu suallara da hərtərəfli dolğun şəkildə cavab verdi. Sual verən parlamentarilərin əksəriyyəti ölkəmizin inkişafını xüsusi qeyd etdilər. Bəzi ölkələrdən olan qərəzi ilə tanınan parlamentarilər qərəzli suallar verdilər. Ölkə başçısı onların da suallarına yüksək səviyyədə cavab verərək, həmin parlamentarilərin ölkəmiz barədə yanlış fikirdə olduqlarını sübut etdi. Hətta bəzi hallarda prezident onları ölkəmiz haqqında yanlış informasiyalar yaymaqda ittiham etdi. Prezident İlham Əliyev bəzi parlamentarilərin qərəzli mənbələrdən informasiyalar aldıqlarını da qeyd edib".

O həmçinin qeyd edib ki, İlham Əliyevin çıxışı Avropa Şurasında yüksək səviyyədə qəbul olunub: "Prezident çıxışı ilə ölkəmizin demokratik təsisatlara, insan hüquqlarına verdiyi önəmi Avropaya bir daha sübut etdi".

"Azərbaycan Prezidenti İlham Əliyev çox səlis, aydın özünə əmin şəkildə çıxış etdi auditoriya tərəfindən yüksək qiymətləndirildi. Çox önəmlidir ki, dövlət başçısı öz ölkəsini bu qədər qürurla, bu qədər özünə əminliklə bu qədər ciddi faktlara əsaslanaraq təmsil edir bu baxımdan cənab Prezidentin çıxışı çox yüksək qiymətə tədqirəlayiqdir". Bunu isə "Trend"ə açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib: "Xüsusilə cəlbedici məqamlardan biri o idi ki, cənab Prezident ölkədə iqtisadi dirçəlişin, inkişafın bilavasitə siyasi islahatlarla paralel şəkildə aparıldığını bir daha qeyd etdi çox dəqiq bildirdi ki, əgər bizim iqtisadi inkişafımız siyasi islahatlarla paralel şəkildə aparılmasa, onda istədiyimiz naliyyəti əldə edə bilmərik. Doğrudan da bu gün Azərbaycanda müxtəlif fikirli, müxtəlif platformalara malik siyasi institutlar fəaliyyət göstərir, bu gün Azərbaycanda çoxlu sayda siyasi partiyalar var, eyni zamanda, çoxlu sayda mətbuat orqanları, o cümlədən ümumrespublika regional televiziya kanalları fəaliyyət göstərir, Azərbaycanda əhalinin 70 faizindən çoxu internet istifadəçisidir, bu gün Azərbaycanda internet sosial şəbəkələr geniş şəkildə yayılıb. Belə olan halda hansı bir şəxs özündə cəsarət tapıb deyə bilər ki, Azərbaycanda ifadə azadlığı, söz azadlığı pozulur? Həqiqətən cənab Prezidentin bu faktları bir daha səsləndirməsi onu göstərir ki, doğrudan da belə geniş siyasi plüralizm şəraiti mövcud olan bir cəmiyyətdə mətbuata hər hansı bir basqıdan, söz azadlığının məhdudlaşdırılmasından danışmaq doğrudan da gülüncdür".

Millət vəkili bildirib ki, Prezident çıxışında korrupsiya ilə bağlı aparılan mübarizədə əldə olunan nəticələr, "ASAN xidmət"in bu gün Azərbaycanda geniş yayılması çox məmnunluq hissi yaradacaq xidmətin əldə edilməsini qeyd etdi: "Prezident qeyd etdi ki, Azərbaycanda korrupsiya riski sıfıra endirilib. Bu gün 30-dan çox dövlət xidmətinin "ASAN xidmət" vasitəsilə həyata keçirilməsi bir nümunədir PA-nın baş katibi Azərbaycana gəlişində özü həmin mərkəzlərin birində oldu bunun canlı şahidi oldu. Hesab edirəm ki, korrupsiya ilə bağlı aparılan islahatları bu fakt ciddi şəkildə nümayiş etdirdi cənab Prezident bunu qeyd etdi".

A.Quliyevin sözlərinə görə, Prezidentin çıxışında üçüncü qeyd olunan məqam ondan ibarət idi ki, Azərbaycanda sərbəst toplaşma azadlığı var, istənilən siyasi birlik bu toplantını keçirə bilər: "Hesab edirəm ki, bunun özü avropalılar üçün maraq kəsb edən məlumat oldu. Çünki bir çox qurumlar Azərbaycan haqqında mənfi rəy yaratmaq üçün tam bu faktların əksinə, yalanla dolu qərəzli şəkildə hesabat hazırlayıb Avropa Şurasının üzvlərinə göndərirlər".

Şura sədri Prezidentin Azərbaycanda siyasi məhbusların olmaması ilə bağlı mövqeyini tam müdafiə etdiyini bildirib: "Cənab Prezident çox yaxşı qeyd etdi ki, Azərbaycanda bütün məhkəmə instansiyalarını keçdikdən sonra hər bir vətəndaşın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək hüququ var. Heç kim Azərbaycanda siyasi dünya görüşünə, ictimai fəaliyyətinə, yaxud da jurnalist fəaliyyətinə görə həbs olunmur. Hesab edirəm ki, həqiqətən cənab Prezidentin bu məsələləri bir daha Avropa Şurasının üzvlərinə çatdırması ölkəmiz haqqında həmin şəxslərdə bir daha əsaslı geniş təəssürat yaratdı bu məlumatı birbaşa dövlət başçısından eşitdilər".

A.Quliyev bildirib ki, ümumiyyətlə, Azərbaycan Prezidenti öz çıxışında Azərbaycanın keçdiyi inkişaf yolunu, müasir inkişaf səviyyəsini, gələcək dövr üçün prioritetlərini sistemli şəkildə təhlil etdi.

 





27.06.2014    çap et  çap et