525.Az

Sevinc Babayevanın oğlu həbs edildi


 

Sevinc Babayevanın oğlu həbs edildi<b style="color:red"></b>

Binəqədi Rayon Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işində adı keçən Sevinc Babayevanın oğlu Məmmədov Ayxan Eldar oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, hakim Taleh Kərimovun sədrlik etdiyi prosesdə A.Məmmədova hökm oxunub. O, 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsinə əsasən ittiham edilib.

Sabiq deputat Gülər Əhmədova İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın oğlu Ayxan Məmmədov həbs edilməsi xəbərinə təəccüblənib.

O, AzNews.az-a açıqlamasında bu məsələdən xəbərsiz olduğunu deyib: "O, niyə həbs olunub? Nəyə görə həbs olunub? Mən buna çox təəccübləndim. Axı baş verib? deyim vallah, Allah qapısını açsın. Allah köməyi olsun. Mən şoka düşdüm..."

 





27.06.2014    çap et  çap et