525.Az

Ağcabədililər ordumuza dəstəyi davam etdirir


 

Ağcabədililər ordumuza dəstəyi davam etdirir<b style="color:red"></b>

Məlum olduğu kimi, Ali Baş Komandan, Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət qayğısı sayəsində ordumuzun həm hərbi-texniki, həm maddi-mənəvi təchizatı baxımından çox böyük işlər görülür. birmənalı şəkildə dövlət öz ordusunun həmişə yanındadır. Məhz bu diqqətin, qayğının bariz nümunəsi ölkə büdcəsinin çox önəmli bir hissəsinin orduya yönəldilməsidir. Düşmənlərimizi narahat edən bu cür yüksək diqqət qayğı təbii ki, dövlətçiliyimizi, onun atributlarından olan ordumuza sevgidən qaynaqlanır. Çox maraqlıdır ki, bu sevgi təkcə dövlətdən, onun rəhbərindən qaynaqlanmır, o həm paralel olaraq hər birimizə sirayət edir.

Bu günlərdə Ağcabədi rayonundan Milli Ordumuza növbəti möhtəşəm dəstək verilmişdir. Hələ 2010-cu ildən başlanan Milli Orduya yardım kampaniyasının ön cəbhəsində gedən Ağcabədi rayonu ilk aylarda 12-14 min manat civarında ordumuza yardım göstərməyə müvəffəq olmuş bu temp ilbəil artaraq 22 min manat səviyyəsinə gəlib çatmışdır. Göstərilən bu diqqət qayğının maddi tərəfini ümumiləşdirəndə məlum olub ki, respublikada Milli Ordumuza yardım kampaniyasının birinci cərgəsində dayanan Ağcabədi bu gün taktiki olaraq 1 milyon 94 min manat həcmində ordumuza yardım göstərib.

Onu da xatırlatmaq yerinə düşər ki, cəbhə bölgəsində yerləşən Ağcabədi rayonu onun dövlət strukturları, sakinləri, həmçinin rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədovun rəhbərlik etdiyi icra hakimiyyəti bütün əlamətdar günlərlə yanaşı, ardıcıl olaraq hər zaman bölgədəki hərbi hissələrlə əlaqə saxlayır, onların problemlərinin çözümündə yaxından iştirak edirlər. Təkcə Novruz bayramı günlərində Ağcabədidə hər il 4 mindən artıq ev şəraitində hazırlanmış hədiyyələr hərbi hissələrə çatdırılır. Rayonun mədəniyyət işçiləri onların qonağı olur.

Bəli, bu gün dövlətin tam himayəsində, özü yüksək səviyyəli qayğı ilə əhatə olunmuş ordumuza hər birimizin sevgisindən daha böyük sevgini ağcabədililər nümayiş etdirir. Onlar Milli Ordumuza 1 milyon manatdan artıq yardım göstərib bu yardımı da davam etdirməkdədirlər. Ağcabədililər bildirirlər ki, onlar ordu üçün gərəkli olan hər cür yardımı, hətta mal-mülklərini belə qurban verməyə hazırdılar. Təbii ki, bu xalqla ordunun, Ali Baş Komandanla xalqın həmrəyliyinin əsl nümunəsidir.

 





27.06.2014    çap et  çap et