525.Az

"YAY!" Qalereyası "Start art" yarmarkasına qatılacaq


 

"YAY!" Qalereyası "Start art" yarmarkasına qatılacaq<b style="color:red"></b>

"YARAT!" Müasir İncəsənət Məkanının "YAY!" Qalereyası "Prudential" Fondunun təşkil etdiyi ilk "Start art" yarmarkasında iştirak edəcək.

Londonun "Saatchi" sərgi salonunda keçiriləcək yarmarka "YAY!" Qalereyasının Böyük Britaniyada təşkil edilən birinci belə tədbiri olacaq. "YARAT" Müasir İncəsənət Məkanının mətbuat xidmətindən verilən məlumata görə, "Start art" silsilə tədbirlərinin birincisi iyunun 26-dan 29-dək Londonun "Saatchi" sərgi salonunda təşkil olunacaq. Birinci yarmarkada dünyanın ən perspektivli incəsənət bazarları Asiya, Avropa qitələrindən, o cümlədən Böyük Britaniyadan, həmçinin ABŞ-dan olan aparıcı sərgi salonları bir araya gələcək.

"Saatchi" sərgi salonu "Global Eye" proqramının əməkdaşlığı nəticəsində ərsəyə gətirilən "Start art" yarmarkası beynəlxalq səviyyədə gənc rəssamların dəstəklənməsi ilə məşğuldur. Bu yarmarka "YAY!" Qalereyası üçün mükəmməl inkişaf məkanı ola bilər. Yarmarkanın əsas məqsədi formalaşan sərgi salonlarını gənc rəssamları müəyyən məkanla təmin, habelə onların inkişafı üçün zəruri dəstək tanınmalarını təşkil etməkdir. Yarmarka eksponentlərə öz rəssamlarını mədəniyyətlə maraqlanan tamaşaçılara dünyada məşhur olan məkanda təqdim etmək fürsətini verir. "Saatchi" sərgi salonu gənc istedadların tanınmasına dəstəyi onlara öz karyeralarının qurulması ilə bağlı özünəməxsus yanaşmasına görə seçilir. Belə yanaşma "Start art" proqramının özəyini təşkil edir. Tədbirin sponsoru qismində Asiya qitəsində gənc istedadları dəstəkləməsi ilə tanınan "Prudential" Fondu çıxış edir.

"Start art" yalnız 44 sərgi salonunun öz rəssamlarını təqdim edəcək məqsədli incəsənət yarmarkasıdır. Təqdimat ənənəvi incəsənət yarmarkalarının keçirildiyi formatdan daha çox muzey məkanına bənzər sahədə keçiriləcək.

2012-ci ildə "YARAT" Müasir İncəsənət Məkanının Qafqazda yerli müasir incəsənət infrastrukturun inkişafı ilə bağlı öhdəliklərinin yerinə yetirilməsi nəticəsində təsis olunan "YAY!" Qalereyası incəsənət sahəsində beynəlxalq dialoqu dəstəkləyir əsərlərin satışından əldə olunan vəsaitləri rəssamlar arasında bölüşdürür.

Gənc rəssamlardan Fərhad Fərzəliyev Nəzrin Məmmədovanın əsərlərini təqdim etməklə "YAY!" Qalereyası 1991-ci ildən bu günədək müstəqil Azərbaycanın ilk rəssamlar nəslini geniş ictimaiyyətə nümayiş etdirir.

Son onilliklər ərzində Azərbaycanda mədəniyyətin sürətli inkişafını estetik dəyişiklikləri əks etdirən "YAY!" Qalereyasının stendi Azərbaycanın keyfiyyətcə yeni püxtələşən müasir incəsənət səhnəsinin sirlərini açır.

2011-ci ildə Aidə Mahmudova tərəfindən təsis edilən "YARAT" təşkilatı Azərbaycanda müasir incəsənətin dəstəklənməsi inkişafı sahəsində fəaliyyət göstərən, habelə yerli beynəlxalq səviyyədə Azərbaycan incəsənətinin məkanını formalaşdıran qeyri-kommersiya qurumudur. Bakıda yerləşən bu təşkilat nizamnamə məqsədlərinə sərgilər, təhsil proqramları festivallar vasitəsilə nail olmağa çalışır. "YARAT" yerli beynəlxalq rəssamlar şəbəkələri, o cümlədən muzeylər, sərgi salonları fondlar arasında dialoqun təcrübə mübadiləsinin təşkili dəstəklənməsi sahəsində işləyir. Təşkilatın dəstəklədiyi təcrübə əsaslı təqaüd proqramları sayəsində qlobal mədəniyyət dialoqu əməkdaşlığı üçün əlavə imkanlar açılır.

"YARAT"ın təhsillə bağlı təşəbbüsləri sırasında mühazirələri, seminarları, məşğələləri gənc istedadların dəstəklənməsi üzrə "ARTIM" proqramını qeyd etmək olar. "ARTIM" layihəsinin əsas məqsədi Azərbaycanın yeni nəslində təmsil olunan gənc istedadları incəsənət sahəsində karyera qurmağa sövq etmək onların ərsəyə gətirdikləri işləri peşəkar kontekstdə nümayiş etdirməkdir.

S.ABDULLAYEVA

 





27.06.2014    çap et  çap et