525.Az

AYB-dən qurultayla bağlı təbriklərə görə təşəkkür məktubu


 

AYB-dən qurultayla bağlı təbriklərə görə təşəkkür məktubu<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyi XII qurultayla bağlı qurumun rəhbərliyinə təbrik göndərənlərə təşəkkür məktubu ünvanlayıb. Məktubda bildirilir: "Azərbaycan Yazıçılarının XII Qurultayına Baş nazirin müavini Əli Əhmədov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, maliyyə naziri Samir Şərifov, mədəniyyət turizm naziri Əbülfəs Qarayev, Meliorasiya Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə, Milli Məclisin deputatları, Yeni Azərbaycan Partiyası, Azərbaycanın fövqəladə səlahiyyətli səfirləri Eldar Həsənov, Hidayət Orucov, Vilayət Quliyev, Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç, yaradıcılıq təşkilatlarının rəhbərləri Fərhad Xəlilov, Elbəy Qasımzadə, Azərpaşa Nemətov, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, Ümumrusiya Azərbaycan Konqresinin İcraçı direktoru İ.Hacıyev, Beynəlxalq Xeyriyyə Fondunun prezidenti German Zaxaryayev çox sayda ziyalılar səmimi təbrik məktubları göndərərək Birliyimizə uğurlar arzulayıblar. Hamıya, o cümlədən Qurultayda çıxış edən qonaqlarımıza xoş sözləri üçün dərin minnətdarlığımızı bildiririk".

Məlum olduğu kimi, Azərbaycan Yazıçılarının XII Qurultayı Yazıçılar Birliyinin 80 illiyi münasibəti ilə TÜRKSOY bir sıra yazıçılarımızı fəxri nişanlarla təltif edib. TÜRKSOYun fəxri nişanı Birliyin birinci katibi Fikrət Qocaya, Ağsaqqallar Şurasının sədri Vaqif Səmədoğluya, Xalq yazıçıları Mövlud Süleymanlıya Birliyin katibi, PEN klubun sədri Çingiz Abdullayevə təqdim olunub.

Böyük türkmən şairi Məhdumqulu Fəraqinin adının daşıyan medalla Yazıçılar Birliyinin katibi Arif Əmrahoğlu, Məhdumqulunun əsərlərini dilimizə çevirmiş professor Ramiz Əsgər, "Ədəbiyyat qəzeti"nin baş redaktoru Elçin Hüseynbəyli təltif edilib.

Qırğız ədəbiyyatının klassiki Toktoqul Satılqanov nişanıyla Yazıçılar Birliyinin katibi Rəşad Məcid, "Manas"ın tərcüməçisi şair Adil Cəmil "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə təltif olunub.

 





27.06.2014    çap et  çap et