525.Az

Abdulla Şaiqin mənzil-muzeyində Mirzə Şəfi Vazehin yubileyi qeyd edilib


 

Abdulla Şaiqin mənzil-muzeyində Mirzə Şəfi Vazehin yubileyi qeyd edilib<b style="color:red"></b>

Abdulla Şaiqin mənzil-muzeyində Azərbaycan ədəbiyyatının klassiki, maarifçi şair Mirzə Şəfi Vazehin anadan olmasının 220 illiyi münasibəti ilə dəyirmi masa keçirilib.

Tədbirdə çıxış edən mənzil-muzeyin direktoru Ülkər Talıbzadə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014- il fevralın 3- imzaladığı "Mirzə Şəfi Vazehin 220 illik yubileyinin keçirilməsi haqqında" Sərəncamın əhəmiyyətindən danışıb.

Ü.Talıbzadə bildirib ki, tədbirin əsas məqsədi M.Ş.Vazehin zəngin yaradıcılığının, həyat yolunun təbliği tədqiqidir: "Görkəmli şair, pedaqoq, maarifçi-filosofun həyat yaradıcılığına, zəngin poetik irsinə maraq bu gün azalmır. M.Ş.Vazeh Şərq poeziyasının çoxəsrlik ənənələrini yaşadıb, yüksək insanpərvərliyi, mənəvi gözəlliyi, insan ruhunun əzəmətini, sevgi, həyat eşqi, gözəllik kimi dəyərləri tərənnüm edən əsərlər yaradıb. Şairin yaradıcılığı Azərbaycanın Avropa ilə ədəbi-mədəni əlaqələrinin inkişafında özünəməxsus yer tutur".

Dəyirmi masada A.Şaiqin mənzil-muzeyinin elmi işçiləri Günel Rəsulova, Humay Teymurzova, Elminaz Məmmədli ədibin həyat yaradıcılığı ilə bağlı müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.

S.ABDULLAYEVA

 





27.06.2014    çap et  çap et