525.Az

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib


 

İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib<b style="color:red"></b> Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Avropa Birliyi işləri üzrə naziri Mövlud Çavuşoğlunu qəbul edib.

APA-nın xəbərinə görə, nazir Mövlud Çavuşoğlu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlətimizin başçısına çatdırıb.
 
O, prezident İlham Əliyevi Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyə başlaması münasibətilə təbrik edib. M.Çavuşoğlu Azərbaycan prezidenti İlham Əliyevin Strasburqdakı nitqinin ölkəsində böyük maraqla izlənildiyini deyib.
 
Görüşdə Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə olunub, ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü illik sessiyasının önəmi vurğulanıb, ölkələrimizin beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığının bundan sonra da genişləndiriləcəyi əminliklə qeyd olunub.
 
Dövlət başçısı İlham Əliyev Rəcəb Tayyib Ərdoğanın salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Türkiyənin baş nazirinə çatdırmağı xahiş edib.
 





27.06.2014    çap et  çap et