525.Az

“Əqidəsizlik ən yolverilməz fəaliyyət növüdür”


 

“Əqidəsizlik ən yolverilməz fəaliyyət növüdür”<b style="color:red"></b>

“Biz Azərbaycan dövlətinin vətəndaşlarıyıq, bir millətin övladlarıyıq. Azərbaycan xalqı deyərkən, bu ölkədə yaşayıb-yaradan, fəaliyyət göstərən insanlar nəzərdə tutulur. Bunları deməkdə məqsədim odur ki, biz hər bir məsələyə ümumu Azərbaycan məfkurəsi, azərbaycançılıq ideologiyasının prizmasından yanaşmalıyıq”.
 
APA-nın məlumatına görə, bunu “İrəli” İctimai Birliyinin IV hesabat-seçki konfransında çıxışı edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov söyləyib.
 
Ə. Həsənov İrəli” İctimai Birliyinin rəhbərliyində olan şəxslərin və üzvlərinin çıxışlarına bəzi iradlarını da bildirib: “Burada çıxışlarda bəziləri bu təşkilatın üzvü olduğuna görə fəxr etdiklərini dedilər. Təbii ki, sən üzvü olduğun təşkilatla fəxr etməlisən. Çünki öz təşkilatınla fəxr edə bilməsən, dövlətinlə, xalqınla da fəxr edə bilməzsən. Ancaq bununla yanaşı, bu kimi məsələlərdə daha çox ümumi yanaşma, azərbaycançılıq məfkurəsi, ideologiyası ilə yanaşma tərzi ortaya qoyulmalıdır”.
 
Ə. Həsənov istənilən cəmiyyətdə, xüsusilə, gənclik üçün ən yolverilməz fəaliyyətin ideyasızlıq olduğunu vurğulayıb: “Bu gün Misirdə 5 milyon gənc fanat var, kimə, nəyə xidmət etdikləri məlum deyil. Kim qarşılarına keçirsə, daşlayırlar. Çünki onlar fərqinə varmırlar ki, bu fanatiklikləri ilə anti-Misir dairələrinin xidmətçisinə çevriliblər. O daşlar başqalarına yox, məhz Misir dövlətinə, xalqına dəyir. Bunu ona görə deyirəm ki, əqidəsizlik ən yolverilməz fəaliyyət növüdür. İnsanın, xüsusilə, hər bir gəncin dövlətçilik əqidəsi, dövlətçilik amalı olmalıdır. Yalnız dövlətinin fanatı olmaq mümkündür. Başqa fanatikliyin heç bir müsbət nəticəsi yoxdur və ola da bilməz”.

 





27.06.2014    çap et  çap et