525.Az

Azərbaycanlı falçı özünü öldürdü


 

Azərbaycanlı falçı özünü öldürdü<b style="color:red"></b>

Bakıda intihar hadisəsi baş verib.

Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Lökbatan sakini, 1959-cu il təvəllüdlü Ömərova Svetlana Ömərovna yaşadığı binanın 5-ci mərtəbəsindən özünü atıb. O, aldığı xəsarətlə xəstəxanaya çatdırılsa da, orada dünyasını dəyişib.

Polisdən həmçinin bildirilib ki, S. Ömərova “qara magiya” ilə məşğul olurmuş. Onun intihar etməsinə də bu səbəb olub. Belə ki, mərhum ölməzdən xəstəxanada polisə verdiyi ifadəsində onu intihara qara qüvvələrin vadar etdiyini deyib.

Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

 





30.10.2012    çap et  çap et