525.Az

Beynəlxalq festivalda Qarabağ sərgisi açılıb


 

Beynəlxalq festivalda Qarabağ sərgisi açılıb<b style="color:red"></b>

Bursada keçirilən Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənliklərinə Yaponiya, Makedoniya və Azərbaycandan nümayəndələr iştirak edib. 

525.az-ın verdiyi məlumata görə, Türkiyənin Bursa şəhərində Beynəlxalq Ərtuğrul Qazini Anma və İnegöl şənlikləri keçirilib. Ərtuğrul Qazi Dərnəkləri Federasiyasının üzvü İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyi tərəfindən keçirilən 16-cı festival üç gün davam edib.

Bursa və İnegöl rəsmilərinin, siyasi partiya təmsilçilərinin qatıldığı tədbiri giriş sözü ilə İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyinin sədri Cəfər Atan açıb.

Dərnək başçısı Cəfər Atan, "Ölkəmizin böhranlarla əhatə olunduğu, itkin və faciələrin ümidlərimizi kölgələdiyi bir dövrdə; Söyüd ruhundan feyz almaq, Ərtoğrul Qazi fəlsəfəsiylə yolumuzu işıqlandırmaq üçün burada toplandıq, burada görüşdük" - deyib.

"Axtarışı içində olduğumuz birlik və birlik istiqamətinin Ərtoğrul Qazi müqəddəs mirasından keçdiyini bilmək və anlamaq lazımdır. Türk milləti əsrlərin maneələrini, tarixin sarp yollarını, qarşısına çıxarılan çətinlikləri və önünə tikilən çətinlikləri bu mirasın bələdçiliyi ilə aşmış və keçmişdir. Ərtoğrul Qazi zehniyyəti; zəfərin, əzəmətin, ədalətin və fəthin xəbərçisi olaraq əsrlərə Türk möhürünü vurmuş, Türk imzasını atmışdır” deyə, sözlərinə davam edib.

Cəfər Atandan sonra çıxış edən İnegöl qaymaqamı Əli Akça tarixi məlumatlarla Osmanlı dövlətinin quruluşunu izah edib. Akça, "Uca millətin Anadoluya girişi 1071-ci ildə Malazgirt Müharibəsi ilə başladı. Böyük Səlcuqlu Sultanı Alparslan 1071-ci ildə Malazgirtdə, Bizans imperatorunun məğlub edərək, Anadolunun qapılarını sonsuza bərabər Türklərə çıxarmışdır. Daha sonra bu torpaqlarda Anadolu Səlcuqlu dövləti qurulmuşdur " deyib.

CHP İlçə Başqanı Turhan Neşe "Vətən; Ərtoğrul Qazi vəsiyyətidir, Hayma Ananın duasıdır, Şeyx Edabalinin nəsihətidir və Dursun Fakih diləkləridir. Vətən; içində nəfəs alıb verdiyimiz, şəhidlərimizin əziz xatirələrinin yaşandığı və millət varlığının əbədiyyətə qədər Allahın izni ilə alın yazısı olan müqəddəs və ülvi bir qiymətdir. Əcdadımızın buyruq və öyüdlərindən ayrılmadan, keçmişin təcrübə və mirasından geri çəkilmədən, Türk milləti şərəfinə ləkə sürdürmədən, andlarını pozmadan çıxdığımız bu yolda əsla yanlış yola girməyəcəyik" deyib.

Festivalda Azərbaycandan gələn “Yeni Çağ” qəzetinin baş redaktoru Aqil Ələsgər də çıxış edib. Çıxışına “Türklük bədənimiz, İslamiyyət ruhumuzdur” deyə başlayan baş redaktor bunları deyib: “Ərtuğrul Qazi ruhla bədənin birləşməsiylə bir bəyliyin necə möhtəşəm bir imperiyaya çevrilmənin mümkünlüyünü göstərdi. Biz ruhumuza və bədənimizə eyni anda sahib çıxdıqda, böyük oluruq və heç bir güc bizim önümüzdə dura bilməz. Bu gün Kərkük, Qarabağ, Doğu Türküstan qan ağlayırsa, bunun səbəbi bizim dəyərlərimizdən uzaq düşməyimizdədir. Biz dəyərlərimizə nə qədər sarılsaq, bir o qədər düşmənə qalib gəlmək bizim üçün asanlaşacaq”.

Aqil Ələsgər çıxışdan sonra Azərbaycan bayrağı və Qarabağla bağlı kitab və CD-ləri Dərnək başqanına hədiyyə edib.

Baş redaktora xatirə plaketini isə İnegöl Ərtuğrul Qazi Kültür və Yaşatma Dərnəyi başqan yardımçısı Hasan Bayraq təqdim edib.

Festivalda Türkiyənin tanınmış millətçi sənətçisi Emel Örgün ilə birlikdə Makedoniya, Yaponiya və Azərbaycandan olan rəqs qrupları iştirak ediblər.

Azərbaycanı Vüqar Əliyevin başçılıq etdiyi Sumqayıt şəhər “Dostluq” Mədəniyyət Evi “Şahinlər” Rəqs Qrupu təmsil edib. Rəqs qrupu keçən il İnegöldə keçirilən rəqs yarışmasında qaliblər sırasında olduqlarından bu il dərnək tərəfindən təkrar dəvət ediliblər.

Eyni zamanda Festivalda Aqil Ələsgərin təşəbbüsü ilə Dərnək rəhbərliyi “Türk əsildir. Əsla Soyqırım etməz” şüarı altında Xocalı faciəsinə dair kitab və disklərdən ibarət sərginin açılmasına yardımçı olub. Dağlıq Qarabağ problemi, erməni terrorçuluğu və Xocalı soyqırımı ilə bağlı məlumatların yer aldığı materiallar başda İnegöl qaymaqamı Ali Akça olmaqla, qonaqlara paylanılıb.

 





27.06.2014    çap et  çap et