525.Az

Bütün dünyanı sarsıdan toy


 

Bütün dünyanı sarsıdan toy<b style="color:red"></b>

Toyundan 10 saat sonra vəfat edən Filippin sakini xərçəng xəstəsi Rouden Qo və onun sevgilisi Lizlin toy çəkilişləri internet hitinə çevrilib.

525.az-ın interpress.az-a istinadən verdiyi məlumata görə, Təntənəli mərasim iyun ayının 18-də Filippinin paytaxtı Manilanın xəstəxanalarının birində baş tutub. Səhərisi gün Rouden ölüb. Toyda iştirak edən qohumlar və dostlar göz yaşlarına hakim ola bilməyiblər. Toyda, həmçinin cütlüyün iki yaşlı qızları da iştirak edib.

Öncədən toy mərasimi 8 iyula planlaşdırılırdı, amma may ayında Roudendə dördüncü dərəcəli xərçəng aşkar edilib. Toy gününün vaxtı Roudenin getdikcə sürətlə pisləşən sağlığına görə dəyişdirildi.

ABC-CBN-in verdiyi xəbərə görə, toy çəkilişinin videosunu internetə mərhumun qardaşı yerləşdirib.

Onun sözlərinə görə, o videoçarxa tək baxmaq istəyirdi, amma göz yaşlarını tuta bilməyən qardaş bu videonu bütün dünyaya göstərməyi qərara alıb.

Hal-hazırda bu videoçarxa YouTube-da beş milyon dəfədən çox baxılıb.

 





27.06.2014    çap et  çap et