525.Az

Bu il Azərbaycan Rusiya və İrana məxsus 4 gəmini saxlayıb


 

Bu il Azərbaycan Rusiya və İrana məxsus 4 gəmini saxlayıb<b style="color:red"></b> Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin gəmiləri, katerləri və sahil nəzarəti məntəqələri tərəfindən cari ilin ilk 6 ayında Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsində 67 gəmi və 220 qayığa baxış keçirilib.

Bu barədə Lent.az-a DSX-dan məlumat verilib. Rejim qaydalarını pozduğuna görə Azərbaycana məxsus 20, Rusiyaya məxsus 2, İrana məxsus 2 gəmi, Azərbaycana məxsus 182 qayıq, 307 nəfər heyət üzvü saxlanılıb.
 
Hesabat dövründə 57 sahibsiz qayıq, 1 477 625 metr müxtəlif çeşidli balıq ovlama toru, 292 744 ədəd istifadəsi qadağan olunmuş balıq ovlama qarmaqları aşkar olunaraq götürülüb.
 





27.06.2014    çap et  çap et