525.Az

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü


 

Azərbaycanlı müğənni avtomobil qəzasına düşdü

Gənc müğənni, “Eurovision 2011” mahnı müsabiqəsində Azərbaycanı təmsil etmək üçün milli seçimlərə qatılan Çingiz Mustafayev sentyabrın 5-də axşam saatlarında avtomobil qəzasına düşüb.

APA-nın məlumatına görə, hadisə müğənninin özünə məxsus olan BMW 3 markalı avtomobildə şəhərdən Bilgəhə gedən yolda baş verib. Faktı APA-ya təsdiqləyən müğənninin meneceri deyib ki, qəza qeyd olunan tarixdə Çingiz Mustafayev rəhbərlik etdiyi “Palmas” qrupu ilə tədbirə gedərkən olub. Bu hadisədə Ç.Mustafayevin heç bir günahının olmadığını bildirən sənətçinin meneceri, musiqiçinin heç bir xəsarət almadığını qeyd edib.

Bildirilib ki, sənətçinin idarə etdiyi avtomobildə olanlar müxtəlif dərəcəli xəsarətlər alsalar da hazırda vəziyyətləri yaxşıdır. Müğənninin meneceri avtomobilin tamamilə yararsız hala düşdüyünü də qeyd edib. Ç.Mustafayevin avtomobilinin hazırda cərimə meydançasında saxlanıldığını deyilir.

 





07.09.2012    çap et  çap et