525.Az

Maradona: "FİFA niyə Suaresin edamını da istəmədi?"


 

Maradona: "FİFA niyə Suaresin edamını da istəmədi?"<b style="color:red"></b>

Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona Uruqvay millisinin hücumçusu Luis Suaresin FİFA tərəfindən 4 aylıq cəzalandırılmasına münasibət bildirib.

Qol.Az-ın məlumatına görə, "De Zurda" kanalına danışan Maradona FİFA-nın bu qərarının ədalətsiz olduğunu bildirib:

"Ədalətsiz qərar verildi. Suaresin bu qədər cəza almasını anlamıram. O nə edib ki? Adam öldürüb? FİFA niyə onun edamını da istəmədi? Hər futbolçu karyerası ərzində dünya çempionatında oynamaq üçün çalışır. Ancaq FİFA Suaresi mundialdan kənarlaşdırdı. Zidanın "DÇ-2006"nın finalında etdiyi hərəkəti xatırlayın. Həmin hərəkətdən sonra FİFA Zidana "Qızıl buts" mükafatını vermişdi".

Qeyd edək ki, Suares İtaliya ilə oyunda (1:0) rəqib müdafiəçi Corcio Kyellininin çiynini dişlədiyi üçün 4 aylıq futboldan kənarlaşdırılıb.

 





27.06.2014    çap et  çap et