525.Az

Səhiyyə Nazirliyi Adil Mirseyidi nəzarətə götürdü


 

Səhiyyə Nazirliyi Adil Mirseyidi nəzarətə götürdü<b style="color:red"></b>

Bir neçə xəstəxananın tanınmış şair – rəssam Adil Mirseyiddən imtina etməsi xəbəri yayılandan sonra məsələnin müsbət həlli istiqamətində ilk addımlar atılıb.

Modern.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal  Rza  özünün rəsmi facebook səhifəsində bu haqda yazıb:

“Səhiyyə Nazirliyindən mənə zəng gəldi... Adil Mirseyidi artıq Səhiyyə Nazirliyi nəzarətə götürdü. Şairin sağlamlığı üçün nə lazımdırsa, ediləcək! Təcili Yardım göndərilib. Bu gün klinikaya yerləşdiriləcək.”

Qeyd edək ki, Səhiyyə Nazirliyi mətbuat xidməti əməkdaşı Səfayə Əhmədova da Modern.az-la əlaqə yaradaraq şair-rəssamla bağlı gərəkli məlumatlar alıb.

 





27.06.2014    çap et  çap et