525.Az

“İlham Əliyevin AŞPA-dakı çıxışı güclü bir dövlətin mövcudluğunun nümayişi idi”


 

“İlham Əliyevin AŞPA-dakı çıxışı güclü bir dövlətin mövcudluğunun nümayişi idi”<b style="color:red"></b>

«Azərbaycan prezidenti İlham Əliyevin AŞPA-dakı çıxışı güclü bir dövlətin mövcudluğunun nümayişi idi. Dövlət başçısı  nitqində Avropaya bir daha mürəkkəb geopolitik bir məkanda yerləşən Azərbaycanın önəmini vurğulayaraq  Qərbin strateji partnyor saydığı ölkə ilə bağlı məsuliyyətini xatırlatdı”.

525.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Avronestin Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri Fuad Muradov ölkə başçıının AŞPA-dakı çıxışını şərh edərkən bildirib.

Deputat deyib ki, prezident  İlham Əliyev öz qətiyyətli və birmənalı tezisləri  ilə Avropa təşkilatlarındakı antiAzərbaycan  qruplarının mövqeyinə sarsıdıcı zərbə vurub. “Avropanın enerji təminatında mühüm rol oynayacaq Azərbaycanı diskreditə etmək cəhdləri çox gülünc və mənasız göründü. Prezident bir daha xatırlatdı ki, Avropanın qarşısında zəif və geopolitik intirqa qruplarının marağının qurbanı olan bir oyuncaq dövlət yox, güclü, müstəqil siyasət yürüdən və milli maraqlarını yalnız xalqın etimadı ilə hədəfləyən bir dövlət durub”-deyə F.Muradov vurğulayıb.

Deputatın sözlərinə görə,  prezidentin çıxışı zamanı ona müəyyən xarici qüvvələrin maraqlarını güdən sualların verilməsi heç də ölkəyə olan xoş münasibətdən qaynaqlanmayıb. “Öz fəaliyyətində terrorçuları və separatçılğı dəstəkləmiş bu avropalı deputatın insan haqları və digər funadmental məsələlər barədə danışması sadəcə ayıbdır. Azərbaycan 23 illik müstəqillik tarixində ölkədə demokratik təsisatlarını formalaşadıra bilib. Azərbaycanda insan haqlarının qorunması, KİV azadlığı və vətəndaş ləyaqətinin qorunması əsas prioritetdir. Bunu Avropanın mötəbər qurumlarının özləri belə dəfələrlə etiraf ediblər. Bu prioritet ölkədə keçirlən bütün ictimai-siyasi proseslərdə özünü nümayiş etdirir” –deyə F. Muradov qeyd edib.

 





27.06.2014    çap et  çap et