525.Az

Yol polisi yay mövsümümün başlanması ilə əlaqədar sürücülərə müraciət edib


 

Yol polisi yay mövsümümün başlanması ilə əlaqədar sürücülərə müraciət edib<b style="color:red"></b>

Bakıda sürət həddini aşan sürücülərə qarşı reyd keçiriləcək.

Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.
 
V. Əsədov qeyd edib ki, paytaxt ərazisində baş verən yol-nəqliyyat hadisələrinin əksəriyyətinin axşam saatlarında olduğunu nəzərə alaraq yol polisi paytaxt ərazisində bu gün saat 22.00-dan reydlərə başlayacaq.
 
Reyd zamanı sürət həddini aşan sürücülərə qarşı qanunla nəzərdə tutulan qaydada inzibati protokol tərtib ediləcək.
 
V. Əsədov yay mövsümünün başlanması ilə əlaqədar sürücülərə istirahət mərkəzlərinə  gedərkən nəqliyyat vasitəsini qanunla müəyyən olunmuş həddən yuxarı sürməməyi və spirtli içki qəbul etdikdən sonra nəqliyyat vasitəsini idarə etməməyi tövsiyə edir.

 





27.06.2014    çap et  çap et