525.Az

Məleykə Abbaszadə: "Müəyyən irəliləyiş var"


 

Məleykə Abbaszadə: "Müəyyən irəliləyiş var"<b style="color:red"></b>

“2013-cü ildə IX siniflər üzrə buraxılış imtahanı verən şagirdlərin ümumi balı 25 bal olubsa, 2014-cü ildə bu nəticə 25,94 baldır”.

Lent.az-ın məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib.
 
M.Abbaszadə 1 il ərzində şagirdlərin ümumi balı arasındakı fərqin 0,94 bal yüksək olduğunu qeyd edib: “Burada müəyyən irəliləyiş var. Buraxılış imtahanında müvəffəq qiymət alanların faizini də müqayisə etsək görərik ki, 2013-cü ildə bu rəqəm 58,41, 2014-cü ildə 62,15 faiz olub. Burada təxminən 3,74 faiz artım olub. Mən deyə bilmərəm ki, sıçrayış olub, amma balları hesablayanda kifayət qədər müsbət nəticələrin olduğu görünür”.

XI sinif şagirdlərinin nəticələrinə gəlincə, TQDK sədri qeyd edib ki, 2013-2014-cü il ərzində şagirdlərin ümumi balı arasında fərq 1,81 olub. Onun sözlərinə görə, müvəffəq qiymət alanların faizi isə 2014-cü ildə 74,19 faiz, 2013-cü ildə 72,14 faiz olub: “Burada biz 2 faiz müsbətə doğru fərq görürük. Azərbaycan dili fənnindən fərq IX sinifdə 2 faiz idisə, XI sinifdə 4 faiz, rus dilindən IX sinifdə 5 faiz, XI sinifdə 11 faiz, riyaziyyatdan IX sinifdə 0,28 faiz, XI sinifdə 2,02 faizdir. Bu, cüzi olaraq müsbət rəqəmlərdir. Amma prosesin müsbət istiqamətdə getməsini bizə xəbərdarlıq edir. Mən deyə bilmərəm ki, sıçrayış olub. Bu isə onu göstərir ki, imtahanlara gələnlərin məsuliyyəti artıb. Yəqin ki, tədris prosesində də hansısa dəyişiklər olub ki, bizdə indi bu müsbət rəqəmlər var. Biz bunu daha geniş halda öz şərhlərimizlə bütün imtahanlar bitəndən sonra ictimaiyyətə çatdırılacaq. Bu buraxılış imtahanı ilə bağlı ilkin məlumatlardır”.

 





27.06.2014    çap et  çap et