525.Az

ATƏT-in sessiyasında kitab aksiyası: JEM 18 yazarı xaricilərə təqdim etdi


 

ATƏT-in sessiyasında kitab aksiyası: JEM 18 yazarı xaricilərə təqdim etdi<b style="color:red"></b> ATƏT Parlament Assambleyasının Bakıda keçirilən 23-cü sessiyasında Jurnalist Ekspert Mərkəzi (JEM) kitab aksiyası keçirib.
 
525.az-ın məlumatına görə, JEM sədri Ceyhun Musaoğlu 18 yazarın ingilis dilində nəşr olunmuş hekayələrindən ibarət “Bizim hekayələr sizin dildə” - (“Our stories in your language”) kitabını ATƏT-in tədbirində iştirak etmək üçün ölkəmizdə səfərdə olan xarici qonaqlara, xüsusən də parlamentarilərə paylayıb.
 
Qonaqlar bu aksiyadan olduqca razı qalıblar. Hətta bir neçəsi fasilədə bəzi hekayələri oxuduğunu və bəyəndiklərini bildiriblər. Bir neçə xarici qonaq isə kitablardan daha çox götürüb. Onlar bildiriblər ki, bu kitabları ölkələrində həmkarlarına hədiyyə edəcəklər.
 
“Bizim hekayələr sizin dildə” kitabı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə JEM-in “Azərbaycanın istedadlı yazarlarını dünyaya tanıdaq” layihəsi çərçivəsində nəşr olunub.
Kitab azərbaycanlı oxucular tərəfindən də böyük marağa səbəb olub.
 





30.06.2014    çap et  çap et