525.Az

Folklor həm keçmiş, həm də bugündür


 

Müsahibimiz filologiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu-İmanovdur.

Folklor həm keçmiş, həm də bugündür<b style="color:red"></b>

Muxtar müəllim, bilirik ki, Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutuna direktor seçilməyinizin elə uzun tarixi yoxdur. Ümumiyyətlə, bu İnstitutun yarandığı gündən bizi on ilə yaxın bir vaxt ayırır. İnstitutun yaranma tarixi ilə, direktorluq fəaliyyətinizin ilkin mərhələsi ilə bağlı nələri xatırlatmaq istərdiniz?

Mənim çalışdığım Folklor İnstitutu Nizami adına Ədəbiyyat İnstitutundakı Folklor şöbəsinin əsasında yaradılıb. O şöbədə görün vaxtilə kimlər işləyib: Məmmədhüseyn Təhmasib, Nurəddin Seyidov, Əhliman Axundov, İsrafil Abbaslı, Təhmasib Fərzəliyev, Bəhlul Abdullayev, Elxan Məmmədli, Rza Xəlilov, Məhərrəm Qasımlı, Oruc Əliyev, Əfzələddin Əsgər, Füzuli Bayat... O cümlədən Mirəli Seyidov! Mirəli Seyidovun adını mən niyə ayrıca çəkdim? Ona görə ki, o vaxt Folklor şöbəsi folklorşünaslığın ümumi problemlərini tam əhatə edə bilmirdi. Yəni bununla bərabər bir Mifologiya bölməsinə ehtiyac vardı. Beləliklə, həmin şöbənin nəzdində Mifologiya bölməsi yaradıldı Mirəli Seyidov həmin bölmənin rəhbəri oldu. Mən o zaman ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturanı yenicə bitirmişdim. başladım yenicə yaranmış Mifologiya bölməsində işləməyə. Bölmə cəmi üç nəfərdən ibarət idi: Mirəli Seyidov, Arif Acalov, bir mən... Bunu niyə xatırlayıram? Ona görə ki, o dövrdə Ədəbiyyat İnstitutunun elmi şuralarında İnstitutun direktoru Yaşar Qarayev dönə-dönə qeyd edirdi ki, biz Azərbaycan folklorunun zənginliyi müqabilində kifayət qədər toplama işi aparmamışıq. Biz hökmən dünya folklorşünaslığının standartlarına uyğun şəkildə Azərbaycan folkloru antologiyasını, Azərbaycan folkloru külliyyatını atlasını hazırlayıb çap eləməliyik. Bax bu ideyalar yavaş-yavaş belə bir fikir ortaya çıxartdı ki, Ədəbiyyat İnstitutundan kənarda ayrıca bir folklor qurumu yaradılmalıdır. Beləliklə, 1994- ildə Folklor Sarayı Elmi-Mədəni Mərkəzi deyilən bir qurum yaradıldı. Həmin Mərkəz Yaşar müəllimin irəli sürdüyü ideyaları gerçəkləşdirməyə başladı. Azərbaycan folkloru antologiyasının birinci cildi Ədəbiyyat İnstitutunda nəşrə hazırlanmışdısa, sonrakı cildlər həmin o Folklor  Mərkəzi tərəfindən hazırlanıb çap olundu. Üst-üstə iyirmi üç cilddən ibarət folklor antologiyası işıq üzü gördü. Sonra otuz cilddən ibarət Azərbaycan folkloru külliyyatı çap olundu. Külliyyat daha çox indiyə qədər çap olunmuş materialları əhatə edirdisə, antologiyalar daha çox yeni materialları bir araya gətirirdi. Folklor İnstitutu 2003- ildə yaradıldı. Folklor Mərkəzinə üzün müddət başçılıq eləmiş Hüseyn İsmayılov İnstituta direktor seçildi o, əvvəldən başlanmış toplama, tərtib-tədqiqat işlərini davam etdirdi. 2011-ci ildə Hüseyn müəllimin səhhətində problemlər yarandı, mən İnstituta direktor seçildim. Direktor kimi vacib saydığım işlərdən biri İnstitutun strukturunda müəyyən dəyişikliklər aparmaq oldu. Bu dəyişikliklər iki istiqamətdə aparıldı: bəzi şöbələrin adı dəqiqləşdirildi folklorşünaslıq üçün vacib olan yeni şöbələr yaradıldı. Məsələn, bizdə Aşıq musiqisi şöbəsi vardı. Onun adını dəyişib Musiqi folkloru şöbəsi qoyduq. Nəzərdə tutduq ki, bu şöbə yalnız aşıq musiqisiylə yox, bütövlükdə xalq musiqisinin tədqiqiylə məşğul olmalıdır. Bizdə Azərbaycan folkloru şöbəsi vardı, bu şöbənin adı bütövlükdə İnstitutun adını özündə ehtiva edirdi. Belə hesab elədik ki, şöbənin adı dəyişsə, yaxşıdır dəyişib şöbənin adını Klassik folklor şöbəsi qoyduq.  O prinsipdən çıxış elədik ki, mövcud folklorşünaslıqda folklor üç istiqamətdə öyrənilir: arxaik folklor, klassik folklor müasir folklor. İnstitutumuzda yeni yaranmış Mərasim folkloru şöbəsi, eləcə əvvəlcədən mövcud olan Mifologiya şöbəsi məhz arxaik folklorun problemlərini araşdırır. Klassik folklorun problemləri ilə yalnız həmin adı daşıyan şöbə yox, həm Dədə Qorqud Aşıq yaradıcılığı şöbələri məşğul olur. O ki qaldı folklorun bugünkü vəziyyətinə, bu gün folklorda özünü göstərən dəyişmələrə, biz həmin məsələlərin öyrənilməsini çox vacib elmi vəzifələrdən biri hesab etdik nəticədə İnstitutda yeni bir şöbəMüasir folklor şöbəsi yaratdıq.

Sizin namizədlik dissertasiyanız psixologizm problemlərindən bəhs edir. Doktorluq işiniz isə folklorşünaslıqla bağlıdır. Bu fakt ilk baxışda paradoksal təsir bağışlayır...

Mənim namizədlik mövzumMüasir Azərbaycan nəsrində psixologizmdir. Doktorluq mövzum isəAzərbaycan folklorunda gülüşün genezisi poetikasıdır. Mövzuların hər ikisi çətin az öyrənilmiş (xüsusən bizim ədəbiyyatşünaslıqda) mövzulardır. Bəli, mən akademik Məmməd Cəfərin rəhbərliyi altında əvvəlcə yazılı ədəbiyyatla məşğul olduğum halda, sonralar şifahi xalq ədəbiyyatı ilə daha çox məşğul olmağa başlamışam. Nədir bunun səbəbi? Məsələ burasındadır ki, yazılı ədəbiyyatın ən çətin problemlərindən biri olan psixologizmin kökü məhz mifə, folklora gedib çıxır. Psixoloji nəsrdə ən aparıcı məsələlərdən biri qəhrəmanın ikiləşməsi problemidir. Məsələn, rus ədəbiyyatında Tolstoyun, Dostoyevskinin qəhrəmanları ikiləşən qəhrəmanlardır. Psixoloji nəsrdə ikiləşmə odur ki, insan daim özü özüylə, öz daxili məniylə toqquşmada olur. Bu mövzunun öhdəsindən gəlmək mənim üçün çox çətin oldu. Mən götürüb bütün Azərbaycan ədəbiyyatşünaslığını ələk-vələk elədim, gördüm termin səviyyəsindən o tərəfə bu mövzu ilə bağlı bizdə ciddi bir şey yoxdur. Moskvaya gedib bir neçə gün Lenin adına kitabxanada çalışdım. Orada da sən deyən önəmli materiallar tapa bilmədim. Təkcə Yesin familiyalı müəllifin bir məqaləsi diqqətimi cəlb elədi. Məqalə Moskva Dövlət UniversitetininXəbərlərməcmuəsində çap olunmuşdu. Adı beləydi: “Ədəbiyyatda psixologizm anlayışı haqqında”. O məqalə mənə problemi öyrənmək üçün açar verdi. Mən o məqalədə bu mövzunun ümumi mahiyyətinin az-çox ortaya qoyulduğunu gördüm. Azərbaycan nəsrinin verdiyi imkanlar daxilində mövzunu işləməyə başladım gəlib o yerə çıxdım ki, psixologizm deyilən bu mürəkkəb əksetdirmə prinsipinin kökü, bayaq dediyim kimi, məhz mifə, folklora gedib çıxır. Məsələyə aydınlıq gətirmək üçün qeyd edim ki, arxaik təsəvvürlər sistemində əkizlər mifi deyilən bir anlayış var. Bu anlayışa görə, qədim insan dünyanı iki obrazın timsalında daha çox təsəvvür edir: qəhrəman anti-qəhrəman. Qədim yunan mifologiyasında Prometey onun qardaşı Epimeteyi yada salaq. Prometey, folklorşünaslıq dili ilə desək, mədəni qəhrəmandır, insanlara kömək edir, onlara od gətirir, bu yolda əzablar çəkir. Epimetey isə fırıldaqçı, kələkbazdır yalnız öz xeyrini güdür. Türk mifologiyasında Ülgen Erlik əkizlər mifindən doğulan obrazlardır. Ülgen dünyanın ən uca dağında, qızıl sarayda, qızıl taxtda oturduğu halda, Erlik yerin altında, qara palçıqdan hörülmüş bir sarayda oturur. Ülgen demiurqdur, inama görə, insanlara odu bəxş edən Ülgendir. Gecələr yer altından çıxıb, qara-keçəl öküzdə gəzən Erlik isə insanlara zərər yetirmək barədə düşünür. Bu cür qəhrəman anti-qəhrəman modelinə bizim folklordan qədər istəsən, misal çəkmək olar. Məsələn, “Koroğludastanında Koroğlu Keçəl Həmzə qəhrəman anti-qəhrəman (yaxud yalançı qəhrəman) modelinin bariz nümunəsidir. Bu modeldə Keçəl Həmzə heç Koroğlunun düşməni yox, mifoloji qardaşıdır.

Mifdə, folklorda, biri digərinin əvəzedicisinə çevrilən bu tipli obrazlar (hökmdar təlxək, bahadır yalançı pəhləvan, ağıllı axmaq, taraz nataraz... kimi saysız-hesabsız paralellər), heç şübhəsiz, yazılı ədəbiyyata öz təsirini göstərir yazılı ədəbiyyatda daxilən ikiləşən qəhrəmanlar həmin təsirdən kənarda qalmır. Yazılı ədəbiyyatda rəngarəng nümunələrini gördüyümüz çoxplanlı mürəkkəb obrazlar öz mayasını keçəl, kosa kimi bir çox folklor obrazlarından götürür. Mənfi ilə müsbəti, xaosla kosmosu özündə birləşdirən keçəl, kosa tipli folklor obrazları yazılı ədəbiyyat üçün bir mənbəyə çevrilir.

Yarı zarafat, yarı gerçək, bir məsələni qeyd etmək istəyirəm. Keçən əsrin 80-ci illərində ilk elmi araşdırmalarımın nəticələrini üzə çıxardıqca dərk elədim ki, o qədər sağlam olmayan ədəbi mühitdə tənqidçi olub, müasir ədəbi proseslə vicdanla məşğul olmaq çox çətindir. Belə mühitdə sən tənqidçidən daha çoxtərifçiolmalısan... O vaxtƏdəbiyyatqəzetində, səhv eləmirəmsə, tənqid şöbəsinin müdiri olan rəhmətlik Nadir Cabbarov bir dəfə mənə zəng vurub yeni çap edilmiş ortabab bir roman haqqında məqalə yazmağı təklif elədi. Romanın müəllifi bilirdi ki, mən nəsrdə psixologizm mövzusunda namizədlik işi yazmışam şübhəsiz ki, bu təklif əslində həmin müəllifin özündən gəlirdi. Mən bir bəhanə tapıb o təklifdən boyun qaçırdım. fikirləşdim ki, belə təkliflərdən boyun qaçırmaq heç həmişə mümkün olmayacaq yavaş-yavaş urvatdan düşmək aqibəti ilə üzləşəcəm. Mən bunu, yəni bu urvatdan düşməyi qələm dostlarımdan bir çoxunun timsalında gördüm boynuma alıram ki, ədəbi mühitdən qorxmağa başladım. Gördüm ki, ədəbi mühitdə obyektiv olub, yaxşıya yaxşı, pisə pis demək müşkül məsələdir. Ola bilsin, mənim folklora, folklorşünaslığa üz tutmağımın dərin qatlarında o vaxt keçirdiyim bu hiss-həyəcanın öz təsiri olub.

Muxtar müəllim, folklor-yazılı ədəbiyyat əlaqələrindən söz düşmüşkən, deyirəm bəlkə, folklorun çağdaş ədəbi prosesə təsir imkanlarından da danışaq.

Danışaq. Amma nəzərə alaq ki, folkloru yamsılamaq, xalq ədəbiyyatının məzmun forma xüsusiyyətlərini imitasiya etmək ədəbiyyata heç vermir yaxud çox az şey verir. Halbuki çağdaş yazıçı folklordakı arxaik ( son dərəcə maraqlı!) düşüncə tərzinin incəliklərinə varıb, xalq ədəbiyyatındakı rəngarəng ifadə üsullarını mənimsəyib bütün bunları, heç şübhəsiz, yaşadığımız dövrün təfəkkür süzgəcindən keçirib sayılıb-seçilən bədii əsər yarada bilər. Arxaik düşüncə tərzinin çağdaş ədəbiyyatda əks etdirilməsi insanın təbiətə, təbiətin insana xas əlamətlərlə təqdim olunması, yənidaş sanki nəfəs alırdımodelinindaş nəfəs alırdımodelinə çevrilməsi ilə məhdudlaşmır. Folklordan yaradıcı şəkildə qidalanan yazıçı sərhədsiz bədii şərtiliklərə, fantasmaqoriyaya üz tutmaq imkanlarını artırır. Fikrə, xəyala gələnin xalq bədii təfəkküründə möhkəm yer tutması yazıçılar üçün mühüm istinad mənbəyi olur. Fantasmaqoriya folklorda xalq təfəkkürünün müxtəlif cəhətləri ilə bağlı olduğu kimi, çağdaş ədəbiyyatda da qəhrəmanların mürəkkəb daxili aləmini üzə çıxarmaqda, dünyanın ən qəliz məsələlərinə dəyər verməkdə mühüm əhəmiyyət daşıyır. Folklorda insanın müxtəlif heyvanlara çevrilməsi qədim düşüncə tərzini əks etdirirsə, deyək ki, KafkanınÇevrilməhekayəsində qəhrəmanın əcaib həşərata çevrilməsi insanın özünə, ən yaxın adamlarına yadlaşması psixologiyasını işıqlandırmaqda əlverişli bədii üsul kimi çıxış edir.

Folklorda qəribə bir sadədillik var. Amma bu sadədillik körpə uşağın sadədilliyi yox, uşağabənzər yaşlı müdrik insanın sadədilliyidir. Həyatın ən mürəkkəb məsələləri folklorda məhz bu prizmadan, yəni sadədilliklə müdrikliyin qovuşması prizmasından qiymətləndirilir. Folklorda ayrıca götürülmüş bir fərd, demək olar ki, yoxdur. Folklorda fərd həmişə bütövlə bir yerdədir. Bütövlə bir yerdə olduğuna görə fərd qorxu hissini  dəf edə bilir, hətta ölümün gözünün içinə saymazyana baxa bilir. “Xeyirlə şər qardaşdır”, “Biri ölməsə, biri dirilməzdeyən xalq ölümə doğumun başlanğıcı kimi baxır. belə bir baxışın nəticəsidir ki, xalq ədəbiyyatında ölümü hətta komik obrazların sırasında görürük. Yaşamaq rəmzi olan gülüşün mühüm mənbələrindən birinin ölüm olduğuna inanmaq üçün xalq gülüş mədəniyyətindən istənilən qədər misal çəkmək olar. “Tülkü, tülkü, tünbəkitipli nağılları, keçəldən bəhs edən komik folklor nümunələrini yada salın. Görəcəksiniz ki, komik folklor nümunələrində kələk qurub kiminsəbaşını yemək”, axırına çıxmaq, ümumiyyətlə, ölüb-öldürmək şən gülüş yaratmağın səciyyəvi səhnələridir. Folklor üçün səciyyəvi olan bu ənənədənölümü gülüş mənbəyinə çevirmək ənənəsindən yazılı ədəbiyyatda da özünəməxsus şəkildə istifadə edilir. Bu yaxınlarda Akademik Milli Teatrda Vaqif Səmədoğlunun 75 illik yubiley gecəsində şair-dramaturqunGeneralın son əmripyesindən bir səhnəyə baxdıq. Həmin səhnədə (çox güman ki, bütövlükdə əsərin məzmun mahiyyətində) ölüm General obrazı ilə birlikdə məsxərə obyektidir. Ölümün gözünə bu cür dik baxmaq Vaqif Səmədoğlunun şəxsi insani keyfiyyətləri ilə, söz yox ki, çox bağlıdır. (Yeri gəlmişkən, xatırladım ki, həmin yubiley gecəsində Vaqif Səmədoğlu öz çıxışında da, amansız xərçəng xəstəliyi ölümlə məzələnməkdən qalmadı). Amma ölümə bu cür münasibətin arxasında xalq hikmətinin dayanmasını da unutmaq olmaz.

Bir məsələ var ki, folklor mətnləri bir çox hallarda saxtalaşdırılır özünün siz deyən ilkin məzmun mahiyyətindən uzaqlaşdırılır.

Düzdür, belə mənfi hallarla, saxtalaşdırma əməliyyatları ilə qarşılaşırıq. Özü belə əməliyyatlar bizdən xeyli qabaq Avropada başlayıb. Yada salın FinlandiyadaKalevalaeposunun ortaya çıxarılma tarixini. Bütün dünyaya bəllidir ki, Lyonrot topladığı  ayrı-ayrı nəğmələr (hissələr) üzərində işlədikdən, xüsusən həmin nəğmələr (hissələr) üzərində əlaqələndirmə işi apardıqdan sonraKalevalaeposu ortaya çıxarılıb. Düzdür, Lyonrot epos üzərində necə işlədiyini gizli saxlamayıb, özyaradıcılığı xalq yaradıcılığı kimi qələmə vermək fikrində olmayıb, hissələrdə hansı dəyişikliklər etdiyi hamıya aydın olsun deyə, “Kalevalailə bağlı bütün materialları arxivə təhvil verib. Buna baxmayaraq, fakt faktlığında qalır: “Kalevalanın xeyli əl gəzdirilərək nəşrə hazırlanması folklorşünaslıqda mübahisələrə səbəb olub. Əlbəttə, bu faktı xatırlatmaqla mən heç folklor mətninə əl gəzdirməyin məqbul yol olduğunu bildirmək fikrində deyiləm. Sadəcə olaraq onu demək istəyirəm ki, Avropanın çoxdan uzaqlaşdığı mənfi meyldən biz hökmən uzaqlaşmalıyıq. İstər sinfi mübarizə, istərsə milli mücadilə baxımından olsun, saxtalaşdırma saxtalaşdırmadır. Hansı niyyətlə aparılmasından asılı olmayaraq, folklor mətninin dəyişdirilməsinə yol vermək olmaz.

Bildiyimizə görə, Folklor İnstitutu bugün geniş miqyasda toplama-tərtib işləri aparır. Folklor mətnlərinin toplanmasında tərtibində qeyd etdiyiniz meyar tələbləri gözləyə bilirsinizmi?

Əvvəla, onu deyim ki, İnstitutumuzda Folklorun toplanması sistemləşdirilməsi adlı xüsusi şöbə yaratmışıq həmin şöbənin təşkilatçılığı bilavasitə iştirakı ilə apardığımız toplama-tərtib işləri Azərbaycan Respublikasının Qarabağ, Naxçıvan, Lənkəran-Masallı, Muğan, Gəncəbasar s. bölgələri ilə bərabər, Azərbaycan Respublikasından kənarda qalan ellərimizi (Dərbənd, Borçalı...), həmçinin Güney Azərbaycanı da müəyyən qədər əhatə edir. Əgər çoxcildli folklor toplularımıza (məsələn, 2 cildi çap olunmuşMasallı folklor örnəkləri”, 2 cildi çap olunmuş, “Borçalı folklor örnəkləri”, 3 cildi çap olunmuşGüney Azərbaycan folklor örnəkləri s.) baxsanız, görəcəksiniz ki, biz həmin kitablardakı mətnləri dialekt şivəsinə, üslubuna, məzmununa toxunmadan, necə var, o şəkildə təqdim etməyə çalışmışıq.

Bölgələr arasında Qarabağın da adını çəkdiniz...

Bəli, məlum səbəblərə görə bizim xüsusi diqqət yetirdiyimiz bölgələrdən biri Qarabağdır. 2012-ci ildən başlayaraq AMEA rəhbərliyinin maddi mənəvi dəstəyi ilə bizQarabağ folklorunun toplanması, sistemləşdirilməsi araşdırılmasıadlı layihə həyata keçiririk. O vaxtdan indiyəcən hər biri beş yüz səhifəyə yaxın bir həcmdə altı cilddən ibarətQarabağ: folklor da bir tarixdiradlı kitab çap etmişik. Bir dəfə  Bakıda, bir dəfə isə Ağcabədidə Qarabağ folklorunun problemlərinə perspektivlərinə aid respublika səviyyəli konfrans keçirmişik. Bu il isəÜmumtürk kontekstində Qarabağ xalq oyunları meydan tamaşalarımövzusunda beynəlxalq konfrans keçirəcəyik.

Qarabağa aid toplama materialları arasında xüsusi dəyər daşıyan folklor mətnləri çoxdurmu?

Bəli, kifayət qədərdir. Məsələn, Qarabağın işğal altında olmayan bölgələrindən, eləcə müxtəlif şəhər rayonlarda məskunlaşan Qarabağ köçkünlərindən 300-ə yaxın nağıl toplamışıq. Bu nağıllardan 50-sinin Beynəlxalq Aarne-Tompson Nağıl Göstəricisində qarşılığı yoxdur. Bu, o deməkdir ki, Qarabağa aid toplama materiallarının bir çoxu yalnız bizim folklorun yox, ümumilikdə dünya folklorununyeni”, daha doğrusu, indiyəcən qeydə alınmayan faktı kimi ortaya çıxır.

Folklor İnstitutunun apardığı toplama-tərtib işləri akademik Ramiz Mehdiyevin humanitar qurumlardan bəhs edərkən azərbaycançılıq ideologiyası naminə vacib hesab etdiyi vəzifələr baxımından necə qiymətləndirilə bilər?

Hörmətli akademik Ramiz Mehdiyevin azərbaycançılıq naminə vacib saydığı istiqamətlərdən biri daxili özünəməxsusluq müxtəliflik şəraitində Azərbaycan mədəniyyətinin bütövlüyünü qorumaq bu mədəniyyəti həmin istiqamətdə elmi araşdırmaya cəlb etməkdir. Bu prinsipə əsaslanaraq biz Folklor İnstitutunda Azsaylı xalqların folkloru bölməsi yaratmışıq. Azərbaycanda yaşayan azsaylı xalqların folklorunu toplayıb öyrənmək həmin bölmənin qarşısında duran başlıca vəzifədir.

Akademik Ramiz Mehdiyevin humanitar qurumlar üçün vacib saydığı istiqamətlərdən biri dünyaya inteqrasiya məsələsi ilə bağlıdır. FolkIorumuzu ümumtürk folkloru, həmçinin dünya folkloru kontekstində götürüb öyrənmək, heç şübhəsiz, daha ciddi elmi qənaətlərə gəlməyə zəmin yaradır. Amma belə bir zəmin hazırlamağın yolu müxtəlif xalqlara məxsus folklor örnəklərinin dilimizə çevrilib, elmi şərhlərlə çap olunmasından keçir. Bu zərurəti nəzərə alıbTürk xalqları folkloruDünya xalqları folkloruadlı seriyalar müəyyənləşdirdik akademik tərcümə-tərtib işlərinə başladıq. Görülən işlərin nəticəsi olaraq deyə bilərəm ki, “Türk xalqları folkloruseriyasındanKrım-tatar xalq şeirindən seçmələr”, “Tuva nağılları”, “Özbək xalq şeirindən seçmələr”, “Dünya xalqları folkloruseriyasından isəFransız nağıllarıoxucuların ixtiyarına verilib.

Folklor İnstitutunun planlaşdırdığı tərcümə işi yalnız folklor örnəklərini yox, həm mifologiya folklorşünaslığa aid tədqiqat əsərlərini əhatə edir. Odur ki, İnstitutda xüsusi birDünya folklorşünaslığıseriyası da müəyyənləşdirilib. Bu seriyadan Frezer, Birlayn, Propp, Boratav b. folklorşünasların ən məşhur elmi əsərlərinin tərcümə nəşr edilməsi nəzərdə tutulur. Xatırladım ki, belə əsərlərdən biri – “Paralel mifologiya” (Birlayn) artıq tərcümə nəşr olunub.

Muxtar müəllim, Folklor İnstitutunda aparılan tədqiqatların  ümumi istiqamətləri barədə deyə bilərsiniz?

İlk növbədə onu deyə bilərəm ki, İnstitutumuzda Kamran Əliyev, Füzuli Bayat, Ramazan Qafarlı, Mahmud Allahmanlı, Seyfəddin Rzasoy, Nailə Rəhimbəyli, Elxan Məmmədli, Əfzələddin Əsgər, Rza Xəlilov, Ağaverdi Xəlil, Adil Cəmil, İlkin Rüstəmzadə b. tanınmış alimlər çalışır. Həmin alimlərlə  birgə  götür-qoy edib tədqiqatların ümumi istiqamətini müəyyənləşdirərkən, ilk növbədə, folklorşünaslığın təməl problemlərinə diqqət yetiririk. Sirr deyil ki, illər uzunu folklorla məşğul olan, folklorşünaslıq üzrə dissertasiyalar müdafiə edən həmkarlarımızın bir çoxu şifahi ənənənin yazılı ənənədən fərqlənən cəhətlərini nəzərə almayıb nəticədə folklor yazılı ədəbiyyat meyarları ilə araşdırılıb. Bu yanlışlıq aradan götürülsün deyə biz folklorun toplanması sistemləşdirilməsinin nəzəri əsaslarının öyrənilməsini diqqət mərkəzində saxladıq. İstədik həmkarlarımız folkloru toplamağın həm təcrübi, həm nəzəri bazası əsasında şifahi ənənənin demək olduğunun məğzinə vara bilsinlər. Folklorun toplanması sistemləşdirilməsinə ayrıca elmi konfrans həsr etməklə bu sahədə işimizi heç bitmiş saymadıq. Qərara aldıq ki, şifahi ənənənin prinsiplərini incəliklərinə qədər izləmək üçün söyləyici problemini ön plana çıxaraq həmin problemə ayrıca bir konfrans həsr edək.

Əlbəttə, folklorşünaslığın təməl problemləri ilə bağlı araşdırmalar konfranslarla məhdudlaşmır ayrı-ayrı əməkdaşlarımızın çap etdirdikləri müxtəlif elmi kitabları da əhatə edir. Belə kitablar sırasında Füzuli BayatınFolklor haqqında yazılarFolklor dərsləriadlı kitablarını qeyd etmək olar. Həmin kitablarında Füzuli Bayat dünya folklorşünaslığının bugünkü elmi istiqamətlərini ciddi şəkildə nəzərə almaqla bizim folklorşünaslığın ən aktual problemlərinə, o cümlədən şifahi söz sənətini yazılı sənətdən fərqləndirən amillərə yeni prizmadan yanaşmağa çalışır.

Folklorumuzu dünya folkloru müstəvisində götürmək dünya folklorşünaslığının nailiyyətləri zəminində araşdırmaq baxımından gənc folklorşünas İlkin RüstəmzadəninAzərbaycan nağıllarının süjet göstəricisiadlı əsərini xüsusi xatırlatmaq olar. İ.Rüstəmzadə dünyada məşhur olan Aarne-Tompson sistemi əsasında bizim nağılları süjet xəttinə motivinə görə qruplaşdırıb Azərbaycan folklorşünaslarının stolüstü kitabına çevriləcək bir əsər ortaya qoyub.

Folklorun toplanması, nəşri araşdırılması sahəsində görüləsi işlərimiz çoxdur. Elə bilirəm ki, son vaxtlar AMEA-da başlanan canlanma Folklor İnstitutuna da öz müsbət təsirini göstərəcək biz nəzərdə tutduğumuz işləri istənilən səviyyədə həyata keçirə biləcəyik.

Söhbətləşdi: Sərvaz Hüseynoğlu

Ədəbiyyatqəzeti, 26 iyun 2014- il

 





30.06.2014    çap et  çap et