525.Az

İŞİD işğal etdiyi ərazilərdə xilafətin yaradıldığını elan edib


 

İŞİD işğal etdiyi ərazilərdə xilafətin yaradıldığını elan edib<b style="color:red"></b>

İŞİD terrorçu qruplaşması Suriya və İraqda işğal etdiyi ərazilərdə xilafətin yaradıldığını elan edib.

APA-nın “Əl-Cəzira”ya istinadən verdiyi məlumata görə, bazar günü yayılan audioyazıda bildirilir ki, qruplaşmanın lideri Əbu Bəkr əl-Bağdadi bütün müsəlmanların lideri və xəlifədir.
 
“Lideri dinləyin və ona itaət edin. Günü-gündən güclənən dövlətinizi dəstəkləyin”, - deyə qruplaşmanın sözçüsü Əbu Məhəmməd əl-Adnani bildirib.
 
Xilafətin “İslam Dövləti” adlandırıldığı və İraqın Diyalə vilayətindən Suriyanın Hələb şəhərinədək olan ərazini əhatə etdiyi bildirilir.

 





30.06.2014    çap et  çap et