525.Az

Bakıda böyük türkmən şairi Məhtimqulu Fəraqinin yeni “Divan”ı tapıldı


 

Bakıda böyük türkmən şairi Məhtimqulu Fəraqinin yeni “Divan”ı tapıldı<b style="color:red"></b>

Görkəmli türkmən şairi Məhtimqulu Fəraqinin (1724-1807)  bu il anadan olmasının 290 ili tamam olur. Bu əlamətdar tarixlə əlaqədar dünyanın bir çox ölkələrində təntənəli surətdə böyük şairin anadan olmasının 290 illik yubiley tədbirləri keçirilmişdir. Beynəlxalq TÜRKSOY təşkilatı 2014- iliTürkmən şairi Məhdimqulu ilielan etmişdir.

Azərbaycanda da 7 may 2014- il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu Türkmənistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Məhtimqulu Fəraqinin 290 illik yubileyinə həsr edilmiş Beynəlxalq elmi konfrans keçirildi. AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin sədrliyi iləDostluq qardaşlıq carçısı Məhtimqulu Fəraqimövzusunda keçirilən bu konfrans AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda gerçəkləşdi. Konfransda Azərbaycan alimləri, Türkmənistanın Azərbaycandakı Səfiri T.B.Komekov səfirliyin əməkdaşları, Türkmənistandan gəlmiş alimlər bir çox qonaqlar iştirak etdi. 

Görkəmli şairin yubileyi ilə əlaqədar bu sətirlərin müəllifi şairin seçmə şeirlərindən ibarətSeçilmiş  əsərlərini nəfis tərtibatda nəşr etdirmişdi. Kitaba şairin 400-ə yaxın şeiri daxil edilmişdir. Yubiley tədbirləri zamanı həmin kitabın təqdimat mərasimi keçirilmişdir.

Azərbaycanda Məhtimqulunun əsərlərindən seçmə şeirləri bir neçə dəfə ayrı-ayrı tərcüməçilər tərəfindən dilimizə çevrilərək nəşr edilmiş, Azərbaycandakı jurnal qəzet səhifələrində 1923- ildən başlayaraq onun yaradıcılıq irsi barəsində çoxlu məqalələr dərc olunmuş, bir neçə dissertasiya işi müdafiə olunmuş, monoqrafiyalar yazılmışdır. Bu işlər bu gün davam edir.

Məhtimqulu Fəraqinin əlyazmalarının bir çoxu dünyanın ən məşhur kitabxana muzeylərində qorunub saxlanılır. Azərbaycanın tədqiqatçı-alimi Ramazan Qurbanov Türkmənistan alimlərinin araşdırmalarına istinadən 1965-ci ildə yazdığıMaqtımqulu Pırağıadlı məqaləsində yazır ki, mütəfəkkir şairin kitablarının əksəriyyəti dünyanın müxtəlif ölkələrinin kitabxanalarında əlyazması şəklində saxlanılır. Onun bildirdiyinə görə, Türkmənistan EA-nın Ədəbiyyat İnstitutunun Əlyazmalar şöbəsində (hazırda Türkmənistan EA-nın Milli Əlyazmalar İnstitutunun Əlyazmalar fondunda) görkəmli şairin 120- yaxın qovluqda ədəbi irsi qorunub saxlanılır. Bunlardan 50-dən çoxu əlyazma, 20- qədəri daşbasması əlyazmaları 45-dən çoxu şairin kiçik əsərləri həyatına aid materiallardır. Bu əlyazmalarından ən əhəmiyyətliləriQarrıqala”, “Gümüştəpə”, “Marı”, “Tecən”, “Daşhovuz”, “Aşqabad”, “CərcevStavropoləlyazmaları, eyni zamanda Daşkənd daşbasması Britaniya muzeyində mühafizə olunan əlyazmaların foto-surətləridir.

Bu əlyazmalardanMarı” 330, “Qarrıqala” 190, “Daşhovuz” 179 Londondakı Britaniya muzeyində saxlanan əlyazma isə 218 səhifədən ibarətdir.

Bunlardan əlavə, Məhtimqulunun Özbəkistan Respublikasının Şərq Xalqlarını Öyrənmə İnstitutunda (hazırda Özbəkistan Respublikası Biruni adına Şərqşünaslıq İnstitutu) “Divani Maqtımqulı”, “Qəzəliyyati Maqtımqulı”, “Məsnəviyyati Maqtımqulı”, “Eşari Maqtımqulı sair adlar altında səkkiz əlyazması mühafizə edilməkdədir. Bunların dili Xarəzm şivəsindədir.

Görkəmli alim Ramazan Qurbanov həmin məqaləsində Məhtimqulu Fəraqinin əsərlərinin iki əlyazmasının Azərbaycanda qorunub saxlandığını bildirmişdir. Həmin əlyazmalar hal-hazırda  AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmalar fondunda saxlanılır. A-170/10538 şifrə altında qorunan əlyazma nüsxəsində şairin 55, B-1558/10538 şifrə altında qorunan əlyazmada isə 54 vərəq vardır.

Həmin məqaləsində R.Qurbanov Azərbaycanda Məhtimqulu FəraqininDivanının da qorunub saxlanıldığını bildirmişdir. İndiyə kimi heç kimin diqqət yetirmədiyi olduqca mühüm bu məlumat diqqətimizdən qaçmadı, həmin kitabın AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunun kitabxanasında olub-olmamasını yoxladıq. Xoşbəxtlikdən həmin kitabı oradan tapa bildik.

Yeni tapılan  Divan  üzərində ilkin paleoqrafik müşahidələr kitabın Orta AsiyadaXivədə, Buxarada ya Daşkənddə daşbasma üsulu ilə basıldığını göstərir. “Divanın son vərəqi cırılmışdır. Sondan ikinci vərəqin yuxarı hissəsinə sonradan naməlum şəxs tərəfindən Məhtimqulunun bir şeiri yazılmışdır. Kitabın üz qabığı kartondandır. Onun harada vaxt basıldığı haqqında heç bir tarix yoxdur, amma R.Qurbanov onun 1888-ci ildə  basıldığını bildirmişdir. Ola bilsin ki, o, kitabı görərkən kitabın son vərəqində bu tarix olmuşdur. Kitab kartonla cildlənən zaman son vərəq cırılıb düşmüşdür.

Daşbasması üsulu ilə basılmış buDivan  164 səhifədən ibarətdir. Vərəqlər çox yaxşı vəziyyətdədir. Yazı yaxşı oxunur. Vərəqlərin bir çoxu şaquli istiqamətdə iki sütuna bölünmüşdür hər iki sütunda şeir yazılmışdır. Bu vərəqlərin hər səhifəsində 2-3 şeir vardır. Ümumilikdə kitabda şeirlərlə birlikdə şairin bir neçə kiçik poeması da  vardır.

Divanın   titul vərəqindəki yazını oradakı bir neçə şeiri tez bir zamanda tanınmış alim fil. üzrə elmlər doktoru Paşa Kərimov transliterasiya etdi. Məhtimqulunun adı yazılmış titul vərəqindəki yazı belədir:

Əlləhummə yəmurru kullu-l-yəra. Divanu-həzrət Məhdumqulı rəhmətullah aleyhi. Numul-mavlə va numun-nasırın”.

Türkmənistanın görkəmli ədəbiyyatşünas alimi, professor A.Aşirovun bildirdiyinə görə, hazırda Məhtimqulu Fəraqinin 700-dən artıq şeiri 10-a yaxın kiçik həcmli poeması bu günə gəlib çatıb. Şairin 290 illik yubileyi ilə əlaqədar Türkmənistanda A.Aşirov tərəfindən şairin bütün əsərləri yenidən iki cilddə kitab kimi nəşr olunubdur. Biz Paşa Kərimovla birlikdə şairin yeni tapılmışDivanındakı şeirlərin nəşr olunmuş kitabda olub-olmamasını yoxladıq. Bütün şeirləri yoxlaya bilməsək , “Divanın əvvəlindən, ortasından sonundan seçdiyimiz bir neçə nümunənin heç birinə şairin indiyədək nəşr edilmiş kitablarında rast gəlmədik. Belə bir qənaətə gəldik ki, şairin yeni tapılanDivanındakı şeirlərin əksəriyyəti, bəlkə hamısı bu günə qədər elmə məlum deyildir.

Biz kitabın əvvəllər kimə məxsus olduğunu Əlyazmalar İnstitutunun kitabxanasına necə düşdüyünü araşdırdıq. Kitabın bir neçə vərəqinə vurulmuş  şəxsi möhürdəki addan məlum oldu ki, “Divanəvvəllər  Novruz Ağayev adlı şəxsə məxsus olmuşdur.

Novruz Ağayev Azərbaycanda əlyazma qədim kitablar kolleksioneri kimi tanınmışdı. O, XX əsrin 50-ci illərində Əlyazmalar İnstitutunda əlyazmaların mühafizəçisi kimi çalışmışdır. Çox güman ki, bu kitabı, özündə olan digər qiymətli əlyazma kitabları sağlığında özü Əlyazmalar İnstitutuna bağışlamışdır. Çünki kitabın titul vərəqində onun 1953- ildə yoxlanıldığı barəsində qeyd vardır.

Hazırda kitabdakı şeirlərin transliterasiyası Azərbaycan dilinə tərcümə edilməsi üzərində gedir. Ümidvarıq ki, yaxın zamanlarda kitab Azərbaycan dilində nəşr olunaraq oxucuların ixtiyarına veriləcəkdir.

İsmixan Osmanlı,

 

AMEA Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

 

 





30.06.2014    çap et  çap et