525.Az

Mübarək - Çingiz Əlioğlunun 70 yaşına


 

Mübarək - <b style="color:red">Çingiz Əlioğlunun 70 yaşına </b>

Gözəl Füzulidəyayda doğuldun,

Barlı, bərəkətli ayda doğuldun;

Zirvədən-zirvəyə addımlayaraq,

Bütün məmləkətin övladı oldun!

Duyğular al-əlvan, təzətər, yeni...

Qürbətdən xalqına salam gətirdin; 
Halal mükafatın-“Qran Prini

Alıb, Nəşriyyatda hədiyyə verdin.


Dözüm
arzuladın köçkün yurddaşa,

Mərhum qardaşımın adaşı Çingiz!

Gərək Qələbəylə çatdıraq başa

Qarabağ uğrunda savaşı, Çingiz!


Bu
misran məni kövrəldib bir az:

Bir qanadım şəhər, bir qanadım kənd”.

...Səni alqışlayıb Güneydə Şiraz, 
Səni İstanbula çağırır millət. 

Min
nəğmə səslənir könül tarında,
Tale sirdaşındır el-vətən qızı:

Deyirsən tutarlı uğurlarında

Az deyil Südabə xanım qayğısı.


Həftə
var-dəyərdə sanki aya tən,

Çoxalıb mərasim, iclas, xeyir ...

O gün gecəli, uzaq ölkədən

Nəvən Turanelli zəng eləyibmiş.


Söz
-məlhəm, nur, işıq;

Söz-qılınc, raket...

Axıdıb alnının inci tərini”,

Milyon oxucuya yenə bəxş et

Şeir gülşəninin çiçəklərini.


Ürəkdən
sıxırıq əlini bərk-bərk,

Bayramı mübarək Əlioğlunun!

Özünü həmişə şux, gümrah görək

Çingiz xan, Çingiz bəy Əlioğlunun!

 





30.06.2014    çap et  çap et