525.Az

Mərdliyin profilləri - C. F. Kennedi


 

İngiliscədən Telman Orucov tərcümə edib

Mərdliyin profilləri - <b style="color:red">C. F. Kennedi</b>

(Əvvəli ötən şənbə sayımızda)

Mən prezidentliyə namizəd göstərilməyimi gözləmirdim. Öz siyasi kursu ilə gedən adam kimi mən vəzifəmdən xaric edilməliydim... Mən dəqiq qərara aldım ki, Prezidentliyə namizədliyə gedəndə mənim ifadə etdiyim baxışları heç kəs müdafiə etməyəcəkdir”.

 

Herbert Huverin prezidentlik üçün birgə hərəkət etmək mövqeyinin qəbul edilməsi barədəki təklifdən o, and altında imtina etdi Respublikaçılar Qurultayının platformasına onun öz namizədlərini seçmək metodlarına hücum etdi. Bu illərdə başlıca məsələ T.V.A- (Tennessi Vadi Hakimiyyətinitərcüməçi) qurmaq idi Nebraskadan olan Senator isə ictimai hakimiyyətin ən çox çıxış edən milli müdafiəçisi idi; inanırdı ki, “monopolist hakimiyyət trestiHuverin namizəd göstərilməsini Respublikaçıların platformasını diqtə etmişdir.

 

Demokratik partiyaya keçməsinə hazır olmadığından, o, buna daim əks çıxırdı inanırdı ki, bu partiyanın da platforması bərabər qaydada ziddir. Norris ölkəyə səfərə çıxdı ki, partiyaya məhəl qoymadan proqressivist yoldaşlarının kampaniyasında iştirak etsin. Nyu-Yorkdan olan Demokratik namizəd Al Smitin kampaniyadakı çıxışları Norrisin öz baxışları ilə eyni xətt üzərinə düşdükcə, o, öz partiyasının ən çətin problemi ilə üz-üzə dayanmalı oldu.

 

Corc Norris Respublikaçı idi; Ortaqərbli idi, protestant quru” (1920-ci illərdə ABŞ-da spirtli içkilərin istehsalı satışının qadağan olunması tərəfdarlarınaqurular”, əleyhinə olanları isəyaşlardeyirdilər, “quruqanun 1920-ci ildə qüvvəyə minmişdi, 1933-34- ildə isə ləğv edilmişdirtərcüməçi) idi Herbert Huver bütün bu şeylərin hamısı demək idi. Lakin Al Smit Nyu-Yorkun küçəsindən gələn Tammani Zalı (Nyu-York şəhərində Demokratik partiyanın icraiyyə komitəsinin populyar adı belə idi, tarixən tipik xeyriyyəçilik himayəçiliyin qarışığı ilə siyasi nəzarəti həyata keçirirdi. Bu bütün Delaver hindularının müdrik başçısı Tammanendin adından götürülmüşdü. Tammaninin qüdrəti 19-cu əsrdə 20-ci əsrin əvvəllərində qorxulu idi. Prezident Franklin Delano Ruzvelt sonralar onun statusunu aşağı salmaqla Nyu-York siyasətinə nəzarətini kiçiltmişditərcüməçi) Demokratı idi. Qadağanın (spirtli içkilər barədə qadağanıntərcüməçi) ləğv edilməsi xeyrinə çalışan katolik olmaqla, onlardan heç kəs deyildi. Əlbəttə ki, Smit Nebraskada kiçik dəstəyə malik olacaqdı. Axı ştat həmçinin Respublikaçı, Ortaqərbli, protestant təbiəti etibariləquruidi. Norris öz partiyasını tərk etsəydi, onun ştatı seçiciləri belə şəraitdə edərdilər?

 

O, bunu edə bilərdi. O, daimpartiya məsuliyyətini ləğv etmək əvəzində şəxsi məsuliyyəti qoymağıdəstəkləyirdi. “İstənilən adam hətta Respublikaçıların sərt növü olsaydı da, o, inanmazdı ki, partiyanın naminə apardığım mübarizə düzgündür, öz əqidəsinə görə hərəkət edərdi mənə qarşı səs verərdi”. beləliklə, 1928-ci ildə Norris nəhayət proqressivistlərə elan etdi:

 

Smitin düşərgəsindən savayı heç bir yerə malik deyiləm... Biz belə bir tərəfdar olacağıqmı ki, partiyamızı ölkədən yuxarıda qoyaq yeganə liderin arxasınca getməkdən imtina edəcəyikmi ki, o, bizə (hakimiyyət) trestinin nəzarətindən qaçmağa imkan verəcəkdir?... Bu mənə belə görünür ki, biz öz vicdanımızı dağıda bizim çox illər ərzində uğrunda vuruşduğumuz şeylərə müxalif olmağı əvvəlcədən bilən kimisə dəstəkləyə bilmərik”.

 

Bəs Smitin dini baxışları necə olsun? Onun içki məsələsinə münasibəti necə olsun?

 

İctimai həyatda o adam üçün bu mümkündür ki, o, öz dini inamını siyasi fəaliyyətindən ayırsın... Mən protestantam quruyam”, həm yaşolan adamı müdafiə edəcəyəm mən inanıram ki, katolik qanunu həyata keçirməyin xeyrinə səmimidir iqtisadi məsələlərdə düzgündür... Mən proqressiv olan öz qərarında mərd olan vicdanlıyaşlara”, özünüqurulartərəfində olduğunu etiraf edən, lakin qadağanı səmərəli etmək üçün ölkədəki bütün rom qaçaqmalçılarına, içki alverçilərinə qarşı o qədər çox şey etməyən siyasətçilərdən daha çox etibar edirəm”.

 

Bunlar mərd hisslər idi, lakin qəzəbli seçicilərə təsirini itirirdi. Onun qatarı ştatdan keçib Omahaya istiqamət götürdükdə, orada ümummilli radio ilə, bir neçə radio stansiyaları vasitəsilə Smit barədə danışmalı idi, uzun müddət dostluq etdiyi adamlar Respublikaçı liderlər qatarın üstünə dırmaşdılar ki, öz partiyaları karyeraları adından müraciət etsinlər. Nebraskanın qüdrətli Anti-Salon Liqasının başçısı, əvvəllər Norrisin mühüm müdafiəçisi olan adam özünün hakimiyyət məsələsi iynəsini boş şey adlandırdı. “Bu kampaniyadakı məsələ içki məsələsidir Norris onu bilir. Əgər o, Smitin xeyrinə çıxış etsə, Liqa onun vasitəsilə hərəkət edəcəkdir”. Norrisdən soruşanda ki, belə baxışlarla 1930-cu ildəki yenidən seçilmək üçün necə cəhd göstərəcəkdir, o, buna quru şəkildə cavab verdi: “Belə şeylər məni onun yanına qova bilər”. Omahadakı iri baptist kilsəsinin pastoru Senatora yazmışdı ki, “bizi ümumiyyətlə təmsil etmir biz onun administrasiyaya olan münasibətindən xəcalət çəkirik”. Lakin Norris öz cavabında sakitcə keşişdən soruşdu ki, o, “öz gözündəki tiri çıxarmağa cəhd etmişdirmi ki, eləcə öz qardaşının gözündəki tozcuğu necə dartıb çıxarmaq barədə fikirləşir”.

 

Respublikaçı liderlərin köhnə mühafizəçisi əvvəlcədən ən azı özəl qaydada israr edirdi ki, NorrisRespublikaçı olmamışdır”, bu ittihamı həmin vaxt onlar açıq şəkildə dilə gətirirdilər. Lakin elə bu vaxt Norrisin özünü daha artıq həsr etdiyi dostlarından çoxu bu nizə zərbəsindən qorxularını ifadə etdi. Kiçik biznesmen Nebraska qartalı barədə deyirdi ki, “mən 20 il ərzində Norrisi dəstəkləmişəm, lakin daha heç vaxt dəstəkləməyəcəyəm. O, siyasi cəhətdən dəyişəndir əqli cəhətdən pis əhval-ruhiyyədədir Ruzvelt (söhbət prezident Teodor Ruzveltdən gedirtərcüməçi) vaxtından hər bir Respublikaçı Administrasiyaya qarşı əks mövqedə dayanır. Senator öz pərəstişkarlarına daha hörmətlə yanaşmalıdır, nəinki onlar öz püşkünüyaşDemokratlarla birgə atmağı gözləməlidirlər”. Norrisin birinci Konqress katibi reportyorlara demişdi ki, o, “Prezidentliyə Tammani namizədini səlahiyyətsiz qaydada Senatorun dəstəkləməsinə sərt qaydada müxalifdir”.

 

Respublikaçıların Qurultayında Norrisin Prezidentliyə namizəd göstərilməsini dəstəkləyən nümayəndə mətbuata demişdi ki, Norrismənim siyasi vicdanımı özünün jilet cibində gəzdirmir. Mən onun tutduğu yerdə dayanmasını görəndə dərindən kədərlənirəm. Norris yeni dostlar axtarmalıdır əgər o, Nyu-York tərəflərdə olanları axtarmağı seçsə, bu onun üstünlüyü olacaqdır. Lakin bədbəxtlikdən o, vəzifəyə girmək üçün Respublikaçılar partiyasını istifadə etdiyi bir nəqliyyat vasitəsi hesab edir bu vaxt özünün bayraq gəzdirənlərindən imtina edir”.

 

UoltillinTimesqəzetinin naşiri yazırdı ki, “mən bunu kədərlə deyirəm, ancaq Norris barədə deyirəm. Siyasi cəhətdən o, səhrada, öz proqressiv dostlarından çox uzaqda olmaqla, itmişdir”.

 

Linkolnun prokuroru demişdi ki, “yüzlərlə ac fermer ya susuzluqdan yananyaşüçün orta hesabla siyasi cəzadan az da olsa, hansısa bir bağışlanma ola bilər. Lakin Norris qabiliyyətdə təcrübədə olan bir dövlət xadimi üçün heç bir bağışlanma yoxdur”. Həmin prokuror Norris düşərgəsinə yaxın adam idi.

 

Lakin Corc Norris ac fermerə kömək etmək istəyirdi, əgər bu susuzluqdan yananyaşakömək etmək mənasını versə , onun müraciəti ya hücumları təsirsiz qaldıqda, o, Omahada Smit üçün ona haqq qazandıran bir güclü səbəb irəli sürdü. O, dedi ki, Nyu-York qubernatoru Tammaninin diqtəsindən yuxarı qalxmışdır, bu vaxt Respublikaçılar Qurultayının istifadə etdiyi texnikalarTammani Zalına xalatlı müqəddəs kimi xarici görünüşverəcəkdi. O, öz auditoriyasına dedi ki, əks partiyanın namizədini müdafiə edənən hörmətli kampaniyada səyahət edir, çünki Herbert Huverin özü on il əvvəl buna bənzər qaydada hərəkət etmişdi. Lakin çıxışının əksər hissəsi hakimiyyət trestinə – “sürüşkən barmaqları olan osminoq ənamları yığıb, onları hər bir od tərəfinə qoyurdeyə hücumdan ibarət idi, həm dinməz dayanmaqla günah işlətdikdə, biz etiraz etməli olanda, bu etiraz adamlardan qorxaqlar düzəldirməsələlərini müzakirə etməkdən imtina etdiyinə görə Huverin üzərinə hücum idi.

 

Nəticədə, Norris dini məsələlər ilə qarşılaşdıqda öz müraciətini açıq şəkildəki bu sözlərlə qurtardı:

 

Bir vətənpərvər kimi bu bizim borcumuzdur ki, qeyri-Amerikan doktrinasını kənara ataq dözümsüzlük məşəlini qaldıranları məzəmmət edək. İstənilən dinə bütün inanc gətirənlər birləşə bizim siyasi işimizi xalqımız üçün xoşbəxtliyin maksimum yekununa doğru irəli apara bilər”.

 

Lakin 1928-ci ildə Nebraska əhalisi dözümlülük mövzusunu eşitməyə ya məsələləri müzakirə etməyə hazır deyildi. Katoliki yaşı dəstəklədiyi üçün Norrisin üzərinə teleqramlar axışıb gəlirdi. Norris sonralar demişdi: “Smit üçün rəsmi Omaha bəyanatı gəldikdən sonrakı tufan vaxtsa rastlaşdığımdan daha çox sərt idi. Bu yaxşı idi ki, mən təhqir məsələsində müəyyən məşq keçmişdim”. Hətta onun arvadından qəzetlər sitat gətirərək deyirdilər ki, o, Smitə, Huverə səs verməyəcəkdir: “Mən bütün bunlarda Corcun arxasınca getməyəcəyəm... Mən həmişəquruolmuşam hətta əgər Corc ona səs versə , mən ona səs verməyə hazırlaşmıram”. Eyni qüdrətə malik olan Omahanın DemokratikWorld Heraldqəzeti Vudro Vilsonun prinsipcə əleyhinə olduğuna görə ona hücum etmişdi, bu vaxt isə Senator Norrisionun gözəl mərdliyinə özünü həsr etməsinə görəalqışlamağı bacardı, digər Nebraska qəzetləri onu Tammani Zalına görə öz ştatını ayağa verməkdə ittiham etdi. O, bunu belə bir ümidlə edirdi ki, dörd il sonra özünün Prezidentlik seçkisinin hay-küyünü bərpa edəcəkdi. Onun çıxışı özünün Respublikaçı liberal kolleqasının yenidən seçilməsi şansına da təhlükə törədirdi Senatdakı üsyançı Respublikaçı yoldaşı onun kursuna narazılığını bildirdi. Senator öz doğma şəhərinə qayıdanda dostları digər aparıcı vətəndaşlar ondan üz çevirdilər, baxmayaraq ki, onlar şad olacaqdılar ki, “mənim ürəyimi kəsib çıxarsınlar başqalarını da xəbərdar etmək üçün həmin ürəyi çəpərin üstündən assınlar”.

 

Nebraskanın hər bir qraflığının iclasında, bütün ölkədə olduğu kimi öz kampaniyasını aparan Huver Norrisi qəzəbləndirdi. O, elan etdi ki, Huver real problemlərin hakimiyyət fermaların vəziyyətinin yüngülləşdirilməsi olduğu halda, dinin qadağanın saxta məsələlərinə görə qalib gəlmişdir. O, deyirdi ki, xüsusi maraqlar maşın siyasətçiləribu məsələni qabaqda tuturlar (baxmayaraq ki,) onlar bilirlər ki, bu saxta, pis düzgün olmayan məsələdir”.

 

Corc Norrisin Silahlanmış Gəmi Billinə qarşı obstruksiyası, bilavasitə Prezidentin hərəkətinin qarşısını almaq məqsədi ona cəhd etdikdə milləti müharibədən kənarda qoymaq uğursuzluğa uğradı, bir neçə ay sonra millət müharibəyə gömüldü. Onun Al Smitə görə apardığı kampaniya da uğursuzluğa, özü qorxulu uğursuzluğa uğradı. həm Senator sonrakı illərdə öz dostuna bu sözləri etibar etdi:

 

Bu, çox tez-tez baş verirdi, biri nəyisə etməyə cəhd etdi uğursuz oldu. O, narazılığı hiss etdi həm o, illər keçdikdən sonra aşkar etdi ki, onun etdiyi cəhd bir səbəbə malik idi, bu səbəb o idi ki, niyə başqası həmçinin onu tutur uğur qazanır. Mən həqiqətən inanıram ki, proqressiv sivilizasiya üçün nədənsə istifadə etsəydim, bu şeylərdə müvəffəqiyyət qazanardım, mən həqiqətən etdiklərimə nisbətən nəsə etməkdə uğursuzluğa uğradım”.

 

(Ardı var)
 





30.06.2014    çap et  çap et