525.Az

“Ya Qarabağ, ya ölüm”


 

“Ya Qarabağ, ya ölüm” <b style="color:red"></b>

Onun Azərbaycana budəfəki gəlişi minlərlə pərəstişkarı olan, sənətini sevib qiymət verən insanlar qarşısında konsert proqramı ilə çıxış etmək, ictimai xadim kimi bəzi dövlət məsələlərinin həllində yaxından iştirak etmək idi. Sadəcə, Əhməd Şəfəq qəlbindən süzülüb gələn, artıq milyonların himninə çevrilənYa Qarabağ, ya ölümmahnısının kök atdığı Qarabağ torpağına səfər etmək idi. Xocavənd rayon İcra Hakimiyyəti, xocavəndlilər onun bu arzusunu məmnuniyyətlə qəbul etdilər.

 

Həmin gün Xocavənddə gözəl payız havası vardı.

 

Türkiyəli məşhur qonaq əvvəlcə Xocavənddə şəhid ailələrinin qonağı oldu. Bir həyətə girərkən onu qarşılayan, Qarabağ savaşında iki oğul şəhid vermiş ağsaçlı ananın əllərindən öpdü. Onun dərdinə şərik olmaq istədi. Ana isə gözlərini məchul bir nöqtəyə dikib müharibənin ağrılı, dəhşətli məqamlarından, insanların bu müharibədə çəkdiyi əzab-əziyyətdən bir bu müharibədə minlərlə oğulların şəhid olmasından bir ağbirçək təmkini ilə söhbət açdı.

 

Oğul, bu həyatda insanlar müvəqqətidir. Gəldi-gedərdi. Amma Vətən daimidir. Ta qədimdən babalarımız, atalarımız bir qarış torpaq üçün canlarından keçiblər.

 

Oğullarımız da onların yolunu davam etdiriblər. Şəhid olublar. Düşmən elə bilirdi ki, oğullarımızı əlimizdən almaqla bizim qəddimizi əyəcəklər. Vətəni sarsıdacaqlar. Yox, oğul, əgər bir müharibə olsa, mən yenə oğullarımı şəhid verməyə hazıram. Vətən basılmazdır.

 

Türkiyəli qonaq ağbirçək ananın bu cür inamla, əzəmətlə danışacağını gözləmirdi. Onun qarşısında ən uca, ən müqəddəs bir zirvədə olan möhtəşəm bir ana dayanmışdı. Bu ananın qarşısında heç bir qüvvə tab gətirə bilməzdi. Bu ana bütün ucalardan uca idi. Əyilməz idi.

 

İkinci bir şəhid qapısı (onu da qeyd etmək lazımdır ki, Xocavənddə elə bir ailə yoxdur ki, şəhid verməsin). Onu 80 yaşlarında qoca bir kişi indiyə kimi öz ağbirçəkliyini saxlamış bir ana qarşıladı.Qonaq  onlarla söhbəti hardan başlamağı unutmuşdu. Qoca bunu hiss etdi aram-aram ətrafında heç kim yoxmuş kimi söhbətə başladı.

 

Oğul, düz 20 ildən çoxdur ki, mən həsrətlə o tərəfə, işğal olunmuş torpaqlarımıza tərəf boylanıram. Doğulduğum, boya-başa çatdığım, həyatımın ən mənalı günlərinin keçdiyi o yerlər bir an da olsun yadımdan çıxmır. Bəzən özümü unuduram. Daha da o yerlərə yaxınlaşıram. Mənimçün müqəddəs olan o yerlərə gedə bilmirəm. O yerlər ki, mən orada qohumlarımı, yaxınlarımı şəhid vermişəm.

 

Qocanı qəhər boğur, gözlərində gilələnən yaş yanağından aşağı süzülməyə başlayır.

 

Onun həyat yoldaşı ağbirçək ana onun köməyinə çatır. “Oğlum Asif düşmənlə olan qeyri-bərabər döyüşdə son gülləsinə qədər vuruşdu. Arxadan kömək gözlədi. Kömək gəlmədiyini görəndə özünü vurmaq istədi. Amma düşmən buna imkan vermədi. Əsir götürdü. Ağlasığmaz işgəncələrlə onu öldürdülər. Meyiti almaq istədik. Onlar meyiti qaytarmaq üçün bizdən üç ton benzin istədilər. Qohum-əqrəba hamı yığışıb benzin tədarükü görməyə başladılar. Mən isə qabağa çıxıbtorpaqda mənimdi, oğulda mənim. O, o torpağın azadlığı uğrunda şəhid olub, o torpaqda qalmalıdır” – dedim. Mən heç vaxt yağı düşmənə benzin verib, onların ana-bacılarımızı, körpələri məhv etməyinə razı olmazdım. Oğlumun cəsədi yağı düşmənin tapdağı altında qalan mənim doğma yurdumdadır. Mən oğlumu Vətən yolunda qurban verdim”.

 

Türkiyəli qonaq eşitdiklərinə heç cürə inana bilmirdi. Əzizlərini, doğmalarını şəhid vermiş insanlar necə əzəmətli, vüqarlı görünürdülər. Onların qəlbində necə böyük Vətən yanğısı, torpaq, yurd yanğısı var idi.

 

Budur gözlənilən an. Xocavənd rayon Mədəniyyət Evində onun şərəfinə təşkil olunmuş möhtəşəm görüş. Zal Azərbaycan, Türkiyə bayraqları ilə bəzədilmişdi.

 

Zalda möhtəşəm bir görüntü var idi. Kiçik yaşlı məktəblidən tutmuş ta ahıl qocaya kimi hamının nəzərləri Türkiyədən gələn qonağa dikilmişdi. O, bu baxışlar altında özünü cəmlədi, aram-aram tribunaya doğru addımladı. Bu insanlara necəharadan başlayıb söhbət etməyi düşündü...

 

Arkadaşlarım, mən buraya, Qarabağ torpağına bir türk oğlu kimi gəlmişəm. Bu mənim arzum idi. Mənim yaradıcılığımda Qarabağ mövzusu mühüm yer tutur. Mən, Qarabağı görməmişdim. Bu gün isə mən sizlərin arasındayam. Mən burada iki oğul şəhid vermiş ana gördüm ki, başını dik tutubVətən sağ olsundedi. Mən qoca ahıl bir kişi gördüm ki, ağbirçək ömür yoldaşı ilə birlikdə... “Torpaq da mənimdi, oğul da mənimdi” – demiş oğlunun meyitini yağı düşmənin şərti ilə razılaşıb almamışdır. Mən indi gördüm ki, siz öz yurdunuza, öz Vətəninizə necə bağlı insanlarsız. Həqiqəti öz gözlərimlə gördüm. Mən Qarabağ həqiqətlərini bütün dünyada yayacağam. Sizlərin bu cür vətənpərvər olduğunuzu öz əsərlərimdə qabardacam”.

 

Sonra türkiyəli  qonaq Dağlıq Qarabağın Xocavənd rayonu ərazisində yerləşənNərgiz tərəyüksəkliyinə ziyarət etdi. Bu həmin ərazidir ki, burada yüzlərlə şəhid qanı tökülüb, amma düşmən buranı zəbt edə bilməyib.

 

Türkiyəli qonaq yavaş-yavaş zirvəyə doğru addımladı. Zirvədə Azərbaycan bayrağı dalğalanırdı. Zirvə təmas xəttinin lap yaxınlığında yerləşir. Buradan baxanda Şuşanın dağları, Xocavənd rayonunu, Qaradağlı, Muğanlı, Qarakənd kəndləri ovuc içi kimi görünür.

 

O, Qarabağa, Şuşaya sarı boylandı. Ətrafı sükutla izlədi. Birdən... Birdən sanki, nərə çəkdi, “Ya Qarabağ, ya ölümdeyə şərqi söyləməyə başladı. Onun səsi dağları, daşları lərzəyə saldı. Onun səsi yaxın günlərdə olacaq qələbə müjdəsini sanki, Şuşanın dağlarına çatdırırdı. Onun səsi sanki ermənilərə bir mesaj idi. Bu səs sanki, bütün bəşəriyyəti haqqa, ədalətə çağırırdı.

 

Ya Qarabağ, ya ölüm.
Bəsdi səbr etdik daha 
Ümidlərə qapıldıq,

Ümid etdik Allaha.

Şəhid məzarlarında, 
Bəsdi batdıq günaha. 
Qılıncı qapmaq gərək

Bu olsun nicat yolum,

Ya Qarabağ, ya ölüm.

 

Bu qonaq bütün türk dünyasının tanıdığı, ictimai xadim, yazıçı, bəstəkar, müğənni Əhməd Şəfəq ki, bütün varlığı ilə Azərbaycana bağlı bir insan olaraq, Qarabağ həqiqətlərini öz səsiylə, mahnısıyla, qələmiylə bütün dünyaya çatdırmaq üçün Qarabağa ziyarətə gəlmişdi...

 

Vidadi Tağızadə,

Surxay Əlibəyli

 

 





30.10.2012    çap et  çap et