525.Az

Sarkozi polis tərəfindən saxlanıldı


 

Sarkozi polis tərəfindən saxlanıldı<b style="color:red"></b>

Fransanın keçmiş prezidenti Nikola Sarkozi vəzifə səlahiyyətlərini aşmaq ittihamı ilə aparılan istintaq çərçivəsində ifadə vermək üçün saxlanılıb.

APA-nın “Reuters”ə istinadən verdiyi məlumata görə, N. Sarkozi bu gün səhər paytaxt Paris ətrafındakı Nanter şəhərindəki polis idarəsinə gedib. “Sarkozi polisə çağırılıb və ifadə vermək üçün saxlanılıb”, - deyə mənbə bildirib.
 
Müstəntiqlər sabiq dövlət başçısını 24 saat içəridə saxlamaq hüququna malikdir. Bu müddət daha 1 sutka uzadıla bilər. 
 
Qeyd edək ki, N. Sarkozi onun seçki kampaniyasının keçmiş Liviya lideri Müəmmər Qəddafi tərəfindən maliyyələşdirilməsi ehtimalı ilə əlaqədar istintaqın diqqətini çəkib. Müstəntiqlər sabiq prezidentin telefon danışıqlarını dinləyərkən bəlli olub ki, işi aparan hakimlərdən biri N. Sarkozi və onun vəkilinə cinayəti işinin istintaqı barədə materialları və məlumatları ötürməyə razılıq verib. Bunun əvəzində N. Sarkozi həmin hakimə Monakoda yüksək vəzifə vəd edib.
 
Müasir Fransanın tarixində ilk dəfədir ki, keçmiş prezident polis tərəfindən saxlanılır.

 





01.07.2014    çap et  çap et