525.Az

"İnsanlar bu gün toy dəvətnamələrinin səksəkəsi ilə yaşayırlar..."


 

Millət vəkili Tahir Rzayevin "525"ə müsahibəsi

"İnsanlar bu gün toy dəvətnamələrinin səksəkəsi ilə yaşayırlar..." <b style="color:red"></b>

- Tahir müəllim, son illər cəmiyyətin, eləcə , parlamentin, onun müvafiq komitələrinin ən çox gündəmində, müzakirəsində olan məsələlərdən biri toy yas mərasimlərinin tənzimlənməsi məsələsidir. Müəyyən bir kəsimi çıxmaq şərti ilə, böyük əksəriyyət bu məsələnin qanunla tənzimlənməsinin, yəni, bütün əndazələri aşmış toy yas mərasimlərimizdə qayda-qanun yaradılmasının tərəfdarı kimi çıxış edir. Bəs Siz bir millət vəkili, bir ziyalı, bir ədəbiyyat adamı kimi bu haqda fikirdəsiniz?

- Azərbaycan xalqı özünün tarixi, dili, təbii sərvətləri, görkəmli şəxsiyyətləri ilə bərabər həm milli-mənəvi dəyərləri, adət-ənənələri, mərasimləri ilə seçilir tanınır. Çünki adət-ənənələrimiz, bayram məclislərimiz xalqımızın mənəviyyatının göstəricisidir.

Bu həm onun dünyagörüşünün, fəlsəfi, etik-psixoloji ictimai təfəkkürünün bir təzahürüdür. Əlbəttə ki, öz tarixini bilməyən, dilini sevməyən, təbii sərvətlərini qorumayan, tanınmış şəxsiyyətlərini dəyərləndirib örnək hesab etməyən bir xalqın xoşbəxt gələcəyi ola bilməz. Xalq həm milli-mənəvi dəyərləri qorumağa, inkişaf etdirməyə, mərasimlərinin, bayramlarının hörmətini əziz tutmağa, hörmətli etməyə borcludur. Onun üçün həm zaman məkan reallıqları, insanların maddi-mənəvi-psixoloji durumu, dövrün tələbi nəzərə alınmalıdır...

- Yəni, hesab edirsiniz ki, zaman dəyişdiyi kimi, insanların da hadisələrə, mərasimlərə, el şənliklərinə münasibəti dəyişə bilər...

- Tamamilə, doğrudur. Mən belə düşünür hesab edirəm. Çünki müasirləşməyə, yeniliyə, daha yaxşı yaşamağa, həyatda sərfəli, önəmli olanı seçib götürməyə cəhd zamanın tələbi olmaqla bərabər, həm insanın arzusudur. Mən elə bilirəm ki, biz babalarımızın çarıq geyib, arabada gəzib, yoxsul həyat keçirmələri ilə deyil, daha çox onların kişiliyi, mərdliyi, qəhrəmanlığı, alicənablığı, tələbkarlığı, zəhmətsevərliyi, uzaqgörənliyi ilə fəxr etməliyik.

Nənələrimiz bahalı maşınlarda gəzməsələr , özlərinə dəbdəbəli toy etməyib, qızıla-zərə bürünməsələr , ancaq sədaqətli, namuslu, sadə, cəsarətli olmaları, ərlərinə məhəbbətləri ilə yüksək ada, hörmətə, ağbirçəkliyə sahib olublar. Onlar bahalı imarətləri, saxta şan-şöhrəti, haram var-dövləti, yüngül həyatı deyil, ailəni, qohum-qardaşı, ata-ana nəsihətlərini, ərin şərəfini namusunu hər şeydən üstün tutublar. Bu gün müstəqil Azərbaycanımızda milli-mənəvi dəyərlərimizi, nəcib adət-ənənələrimizi qoruyub yaşadan, vətəndaşlığı, ləyaqəti, ədəb-ərkanı həyatının mənası kimi dəyərləndirən insanlar çoxdur. Ancaq aramızda saxta şöhrətə, ada, bayağı, cansıxıcı həyata, süni görüntülərə uyanlar da var. Çox təəssüflər olsun ki, nəzərə çarpmaq, kimlərdənsə fərqlənməq, geri qalmamaq, varını-dövlətini nümayiş etdirmək, dost-tanışlarına göstərmək üçün çox vaxt özləri süniləşdikləri kimi, adət-ənənələrimizi, xüsusilə toy yas mərasimlərimizi süniləşdirənlər az deyil...

- Tahir müəllim, o da var ki, toy yas mərasimlərimizin bugünkü acınacaqlı vəziyyəti əksər insanları narahat etsə belə, ancaq xoşagəlməz, adət-ənənələrimizə yabançı olan, mərasimlərimizi gösdən salan halların aradan qaldırılması üçün ictimaiyyət tərəfindən lazımi təşəbbüslər göstərilmir...

- Çox təəssüflər olsun ki, bu, acı reallıqdır. Əksər insanlar bu gün toy dəvətnamələrinin səksəkəsi altında yaşayır.

 

Bir gündə 3-4 toya dəvət olunanbir insanın düşdüyü vəziyyəti göz önünə gətirin.

Birincisi, hər toyda iştirak etmək üçün xeyli pul vəsaiti lazımdır. Digər tərəfdən, toylar insanın günlərlə vaxtını aparır. Ən başlıcası toylardakı ab-hava, musiqi, davranış, yemək-içmək, dekorasiya, səs vasitələri, ifaçılıq milli toylarımızın ruhuna, demək olar ki, tamamilə yaddır. Bəy gəlin toy mərasiminə milli havalarımızın, gözəl "Vağzalı"mızın sədaları altında daxil olmalı olduğu halda, əksər hallarda ispan, italyan, rus, türk sair melodiyalar altında gəlir ağsaqqalarımızın, ağbirçəklərimizin, qarşısında elə abırsız rəqslər edib, hoqqa çıxarırlar ki, adamın üzü qızarır, əti tökülür.

Bəy gəlini eybəcər şəkildə bağrına basanda, yaxud, dizlərinin üstündə oturdub fason göstərəndə, heç kimə macal verməyib toy boyu atılıb-düşəndə gəlin ondan geri qalmayanda, musiqiçilər bayağı havaları bir-birinə calayıb, qulaqları cingildədəndə, süfrədə bir-birinin üstünə qalaqlanan yeməklərin qoxusu iştahları pozanda, çığıra-çığıra danışan, oynayan insanların səsi müdhiş bir mənzərə yaradanda, edəcəyini bilmirsən. Necə olursa-olsun toydan tez uzaqlaşmaq, qulaqlarına, əsəblərinə dinclik vermək istəyirsən. Desəm ki, bugünkü Azərbaycan toyları şənlənmək, istirahət etmək üçün yox, əzab-əziyyət çəkmək, əsəbləri, səhhəti korlamaq üçündür, əksər insanlar mənimlə razılaşarlar. Keçmişdə toylarımıza bir-iki xanəndə dəvət edilər, az adda yemək verilər, el havaları çalınar-oxunar, bəylə gəlin ağsaqqallarımızın, ağbirçəklərimizin xeyir-duası altında yola salınardı. Bəs indi vəziyyət necədir? Bu gün elə toylar var ki, həmin məclisə 25-30, hətta daha çox müğənni, musiqiçi dəvət olunur.

Oxuyanların çoxu da 15-20 dəqiqə fonoqrama ilə atılıb-düşür pulunu alıb gedir. Çox toylarımızda ancaq müğənnilərə verilən pulun miqdarı 30-40 min manatı ötüb keçir...

- Toy mərasimlərimizə son illər xarici müğənnilərin dəvət olunması da artıq dəbə düşüb.

- Elədir ki, var. Həmin əcnəbi müğənnilər-rus, türk, ingilis ifaçıları bir çox hallarda toylarımızdan 100 min manatlarla pul qazanırlar. Ancaq çoxları onların ifasını düzgün başa düşmür, oxuduqlarını anlamırlar. Bu yaxınlarda tanıdığım bir nəfər mənə elə bir əhvalat danışdı. Dedi ki, vəzifəli bir nəfərin oğlan toyunda respublikanın tanınmış 25-30 nəfər sənət adamı iştirak edib, toya şən əhval-ruhiyyə gətirməyə çalışsalar da, ancaq axırda bu qız evini qane etməyib. Onlar xarici müğənnilərin toya dəvət olunmamasını gəlin-qızlarına hörmətsizlik kimi qiymətləndiriblər. Bu əsnada münasibətlər korlandığına görə gəlin 20 gündən sonra bəy evini tərk edib boşanmağa qərar verib. Bax, bu, əsl nadanlıqdır!

(Ardı var)

Kamil HƏMZƏOĞLU

 





01.07.2014    çap et  çap et