525.Az

II Beynəlxalq Turizm Filmləri festivalı yekunlaşıb


 

II Beynəlxalq Turizm Filmləri festivalı yekunlaşıb<b style="color:red"></b>

Nizami Kino Mərkəzində II Beynəlxalq Turizm Filmləri festivalının təntənəli bağlanış mərasimi keçirilib. Tədbir festival zamanı baş tutmuş tədbirləri əks etdirən videoçarxla başlanıb.

Sözügedən festivalın məqsədi turizmin müxtəlif növlərinə həsr olunmuş filmlərin yayılması, beynəlxalq daxili turizmin inkişafına xidmət edən filmlərin müəlliflərinin mükafatlandırılmasıdır. Festivalın bir məqsədi beynəlxalq tarixi mədəni irs mərkəzi olaraq Azərbaycanın turizm potensialına diqqəti çəkməkdir.

Festivalın müsabiqə proqramına 31 ölkədən 68 film qatılıb. Beynəlxalq jüri heyətinin tərkibinə Ayaz Salayev, Aynur Talıbova, Vüqar Şıxməmmədov (Azərbaycan), Aleksandr Kammel (Avstriya), Sromenka Saraqa (Xorvatiya), Tofiq Şahverdiyev (Rusiya), Can Özbatır (Türkiyə) kimi kinematoqrafçılar, səyahət turizm üzrə ekspertlər daxil idi. Mükafatlandırma müxtəlif kateqoriyalar üzrə aparılıb. Festivalın "Qran-Pri"sini   Avstraliyadan olan "Barossa. Sənin sərəncamında" filmi qazanıb.

"Ölkə, bölgə, şəhər" nominasiyasında qızıl mükafatı "Krit: bütün dünya bir adada" (Yunanıstan), "Mədəniyyət, ənənələr" kateqoriyasında "Örtüksüz İstanbul" (Türkiyə), "Reklam filmləri" kateqoriyasında "Adriatikin ürəyi" (Xorvatiya), "Turizm xidmətləri" kateqoriyasında isə "İstanbul-söhbət etmək üçün ən yaxşı yer" (Türkiyə), "TV istehsalı" kateqoriyasında "Yüksəklik simfoniyası" (Avstriya),  "Ekoturizm xarici turizm" nominasiyasında  qızıl mükafatı Böyük Britaniyadan olan "Göl" filmləri qazanıb.

Festivalda gümüş mükafatlar "Gözəl Banqladeş-əfsanələr diyarı" (Banqladeş), "Vanautuya qaçış" (Çexiya), "Gimnastika üzrə 30-cu Avropa çempionatı" (Azərbaycan), "Şönbrun möcüzəsi" (Avstriya), "Buzlaq-Alr mələkləri" (Avstriya), "Lissabon" (Rusiya) filmlərinə verilib. Bürünc mükafatlara isə "Zərləri atın" (Belçika), "Riqa - Avropanın mədəniyyət mərkəzi-2014" (Latviya), "An" (Avstriya), "Parlaq macəralar" (Sloveniya), "İstiqamətsiz" (Danimarka), "Heyrətamiz buz dünyası" (Finlandiya) filmləri layiq bilinib. 

"Milli mükafat"  nominasiyasında  "Azərbaycan: Avropasayağı şərq cazibəsi" (Azərbaycan) filmi layiq görülüb. "Jürinin xüsusi mükafatı" - "Tilafuşi Qon Dxudox - Maldivdə tullantılar üçün sonuncu yer" (İtaliya) filminə mükafat təqdim edilib. Xatırladaq ki, "Qızıl mükafat"ın qalibləri diplom, priz pul mükafatı ilə, "Gümüş" "Bürünc" mükafatına layiq görülənlər diplom prizlərlə mükafatlandırılıb.

S.ABDULLAYEVA

 





01.07.2014    çap et  çap et