525.Az

Safəvilərə aid daha bir əsər tapılıb


 

Safəvilərə aid daha bir əsər tapılıb<b style="color:red"></b> Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu Azərbaycan dilində "Əqaidi-övliyayi-səb'ə" əsərinin surətini əldə edib.

525.az-ın AMEA-nın saytına istinadən verdiyi məlumata görə, Əlyazmalar İnstitutu Məşhədin Astani-Qüdsi-Rəzəvi kitabxanasında saxlanan Səfəvilər sülaləsinin tarixinə aid Azərbaycan dilində "Əqaidi-övliyayi-səb'ə" əsərinin surətini tapıb.

Əsərin müəllifi Sultan Mahmud bin Sultan Bürhanəddin Gilanidir. Gözəl nəstəliq xətti ilə köçürülən, 91 səhifədən ibarət, dilinin sadəliyi ilə diqqəti cəlb edən bu əsər Səfəvilər sülaləsinin banisi Şeyx Səfiəddin Ərdəbilinin, onun ustadlarının və davamçılarının həyat və fəaliyyətini əhatə edir
 





30.10.2012    çap et  çap et