525.Az

Adil Mirseyidin müalicəsi ilə bağlı prezidentə müraciət edilib


 

Adil Mirseyidin müalicəsi ilə bağlı prezidentə müraciət edilib<b style="color:red"></b>

Bir qrup ziyalı şair Adil Mirseyidin müalicəsi ilə bağlı Prezident İlham Əliyevə müraciət edib.

Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rzanın APA-ya verdiyi məlumata görə, müraciətdə bildirilir ki, xeyli vaxtdır qaraciyər serrozundan əziyyət çəkən şairin vəziyyəti günü-gündən ağırlaşır artıq kritik həddə çatıb. Müraciətdə deyilir ki, şair Adil Mirseyid Azərbaycanın son 35 illik ədəbi-mədəni həyatında dərin iz qoyub, çağdaş Azərbaycan şeirini təzələyib, estetik planda yeni müstəviyə çıxaran böyük şairlərdən biridir: "Təəssüf ki, o da ədəbiyyat tarixindən adları bəlli bir çox sənətkarlarımız kimi ehtiyac evsizlik şəraitində yaşayır, indi isə amansız xəstəliklə üz-üzə dayanıb. Məhz bu gün onun sizin dövlətimizin himayəsi altına alınaraq birdəfəlik əsaslı şəkildə müalicə olunmasına ehtiyacı var. Şairin müalicəsinə yardım etmənizi sizdən xahiş edirik. İnanırıq ki, sizin şəxsinizdə dövlətimiz həmişəki kimi humanist davranacaq, şair Adil Mirseyidin müalicəsinə yardım etməklə həm şairin ailə üzvlərini, həm onun poeziyasını sevən minlərlə insanı bütövlükdə isə ədəbi-mədəni ictimaiyyəti sevindirəcək".

Qeyd edək ki, müraciətə Səlim Babullaoğlu, Xəyal Rza, Rafiq Həşimov, Elçin İsgəndərzadə, Şeyx Əbdül, Nizaməddin Şəmsizadə, Baba Vəziroğlu, Rey Kərimoğlu, İlham Tumas Qulu Ağsəs imza atıb.

 





01.07.2014    çap et  çap et