525.Az

Orxan Zeynalovun məhkəmə baxışı başlayıb


 

Orxan Zeynalovun məhkəmə baxışı başlayıb<b style="color:red"></b>

Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmə baxışı başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, dünən Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə dövlət ittihamçıları ittiham aktını elan edib. Orxan Zeynalovun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105.2 (xuliqanlıq niyyəti ilə  qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunduğu bildirilib. 

İttiham aktında qeyd olunub ki, oktyabrın 10-da Orxan Zeynalov içkili vəziyyətdə ictimai asayişi pozub, küçədə olan Ksenya Popovaya söz atıb, bu zaman onun yanında olan Yeqor Şerbakov qadını müdafiə edib. Bundan sonra Orxan Zeynalovla Yeqor Şerbakov arasında mübahisə yaranıb. Bu zaman Orxan Zeynalov üstündə gəzdirdiyi bıçaqla Yeqor Şerbakova iki zərbə endirib. Yeqor Şerbakov hadisə yerində dünyasını dəyişib, Orxan Zeynalov isə hadisə yerindən qaçıb.

Bundan sonra söz Orxan Zeynalova verilib. Təqsirləndirilən şəxs özünü elan olunan ittiham üzrə təqsirli bilmədiyini deyib: "Mən hadisə baş verən gün Moskvada yox, Kolomma şəhərində olmuşam".

 Daha sonra zərərçəkən şəxs - Yeqor Şerbakovun atası Vladimir Şerbakov ifadə verib. V. Şerbakov oğlunun həyatsevər insan olduğunu deyib: "Oğlum taksi sürücüsü idi. Hadisə baş verən gecə istədiyi qız - Ksenyagildə idi. Gecə saat 3- Ksenya zəng elədi oğlumun öldürüldüyünü dedi. Dərhal hadisə yerində getdik, Yeqor yerdə uzanmışdı. Kseniya dedi ki, onu öldürən adan mənə söz atdı, Yeqor da məni müdafiə elədi. Oğlumun qeyri-millətdən olan çoxlu dostları vardı. Heç vaxt onlarla mübahisəsi, münaqişəsi olmayıb. Kseniya mənə onu da dedi ki, Yeqoru öldürən adam içkili vəziyyətdə idi.

Onlar nikaha hazırlaşırdılar. O hadisə olan gündən iki gün sonra nikah mərasimləri olmalı idi".

Daha sonra şahid ifadələri dinlənilib. 

Yeqor Şerbakovun qardaşı Anton Şerbakov qardaşının çox səbirli insan olduğunu deyib: "Onu hövsələdən çıxarmaq çətin idi. Heç vaxt ilk mübahisəyə başlamazdı. Onun heç vaxt, milli zəmində etnik mübahisəsi olmayıb".

Məhkəmə baxışı digər şahidlərin ifadələri ilə davam etdirilir.

Qeyd edək ki, Rusiya paytaxtının Qərbi Biryulevo rayonunda ötən il oktyabrın 10-da 25 yaşlı Yeqor Şerbakovun qafqazlı şəxs tərəfindən qətlə yetirilməsi yerli sakinlərin etirazına səbəb olub. Qatilin tapılmasını tələb edən yüzlərlə rus millətçisi "skinhed"lər Qərbi Biryulevo rayonunda yerləşən "Biryuza" ticarət mərkəzi "Pokrov" meyvə-tərəvəz bazasına hücum edərək ticarət mərkəzində bazarda çalışan Qafqaz Orta Asiyadan olan miqrantları döyüblər. Hadisə yerinə xüsusi təyinatlı polis dəstələri yeridilib. "Skinhed"lər polislərə müqavimət göstərib. Onlar ticarət mərkəzində yerləşən mağazalara, ətrafdakı obyektlərə avtomobillərə ciddi zərər vurublar. İğtişaş nəticəsində xeyli sayda miqrant yerli sakin yaralanıb.

Y. Şerbakovun qətlində şübhəli bilinən Azərbaycan vətəndaşı Orxan Zeynalov oktyabrın 15- Moskva ətrafındakı Kolomna şəhərində saxlanılıb vertolyotla Moskvaya aparılıb. O, ilkin dindirmə zamanı qətli özünümüdafiə məqsədilə törətdiyini söyləyib.  

 





01.07.2014    çap et  çap et