525.Az

Mahmud Qurbanov: “Çox məyusam”


 

Mahmud Qurbanov: “Çox məyusam”

"Bakı"nı qələbə münasibətilə təbrik edirəm. Bu gün "Kəpəz" əzmkarlığı ilə seçildi. Heyətdə gənc uşaqlar oynadı. Bir neçə futbolçunu komandadan uzaqlaşdırmışıq. Qırmızı vərəqə almağımız oyuna təsirini göstərdi. Qapımızda çox sadə qollar gördük”.

525.az-ın PFL-in saytına istinadən yaydığı xəbərə görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov Premyer Liqanını dördüncü turunda “Bakı”ya 1:3 hesabıyla uduzduqları oyun haqda danışarkən deyib.

Gənc mütəxəssis “Kəpəz”də məşqçi kimi debütünün uğursuz olmasından məyusluğunu ifadə edib: “Əlbəttə, belə olması istəməzdim. Amma əzmkarlığa görə futbolçularımı təbrik edirəm. İrəlidə çox vaxtımız var. Növbəti tura kimi işləmək lazımdır".

 





27.08.2012    çap et  çap et