525.Az

Bakıda yanğın bir ailəni evsiz qoydu


 

Bakıda yanğın bir ailəni evsiz qoydu<b style="color:red"></b>

Bu gecə saatlarında Bakının Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisidə baş verən yanğın bir ailəni evsiz qoyub.

Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsi 14 ünvanında Aybəniz Qasımovaya məxsus ev əşyaları ilə birlikdə yanıb. Hadisə yerinə yanğınsöndürənlər gəlsə də, ev söndürmək mümkün olmayıb.

Ev sahibləri qəsdən yandırılmasından şübhələndiklərini deyiblər. Ev sahibinin oğlu Elnur Səmədovun sözlərinə görə, gecə saatlarında evlərinin arxa girişindəki qapının qıfılı sındırılıb. Elə yanğın da, evin arxa tərəfindən başalyıb. Evdəkilər yatmış olduqları üçün yanğının qarşısını vaxtında ala bilməyiblər. Yuxudan duranda isə artıq gec olub. Alov bütün evi bürüyüb.

Artıq ev sahibləri şübhələri haqqında polisi məlumatlandırıblar. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə bildiriblər ki, məsələ ilə bağlı araşdırma aparılacaq. Əgər həqiqətən də, evin yandırılmasında kiminsə günahı sübuta yetirilərsə, həmin şəxs mütləq cəzalandırılacaq.

 





30.10.2012    çap et  çap et