525.Az

"Bakı Metropoliteni" təlim mərkəzi yaradır


 

"Bakı Metropoliteni" təlim mərkəzi yaradır<b style="color:red"></b>

"Bakı Metropoliteni" QSC-nin "28 May" stansiyasının hazırda təmirə bağlanan girişinin istifadəyə verilməsi bir neçə texniki məsələnin həllindən sonra mümkün olacaq. Bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib. Onun sözlərinə görə, "28 May" stansiyasında yeni eskalatorlar, yeni elektron avadanlıqlar quraşdırılıb. Hazırda onların son yekunlaşma işləri gedir. N. Paşayev deyib ki, metrodakı yeni avadanlıqların idarə edilməsində yerli mütəxəssislərə fransalı həmkarları yardım edəcək: "Metro stansiyanın yenidən qurulmasında əməkdaşlıq etdiyimiz Fransa şirkətləri ilə "Bakı Metropoliteni" QSC-nin anlaşma memorandumunda da kadr potensialının gücləndirilməsi nəzərdə tutulub. Biz metro üçün avadanlıqları həmin şirkətlərdən alırıq. Onların mütəxəssisləri burada bizim mütəxəssislərlə birgə avadanlıqları quraşdıracaqlar. Eyni zamanda "Bakı Metropoliteni" QSC-nin işçiləri həmin şirkətlərə ezam olunacaq, müəyyən kurs keçəcəklər". N. Paşayev əlavə edib ki, tezliklə Bakıda bu məqsədlə təlim mərkəzi yaradılacaq. Artıq məsələ ilə bağlı QSC-nin rəhbərliyi qərar verib: "Burada əməkdaşlar yeni avadanlıqların öyrənilməsi ilə bağlı mütəmadi təlimlər keçəcəklər". Qeyd edək ki, Fransa prezidenti Fransua Ollandın Azərbaycana rəsmi səfəri çərçivəsində "Bakı Metropoliteni" QSC ilə Fransanın "Alstom Transport SA", "Bouygues Travaux Publics, LLS", "Thales S.A" şirkətləri arasında 5 anlaşma memorandumu imzalanıb.

SAMİRƏ

 





01.07.2014    çap et  çap et