525.Az

İqtisadiyyat və Sənaye Nazirliyi 14 mindən artıq ödənişin elektron qaydada aparılmasını təmin edib


 

İqtisadiyyat və Sənaye Nazirliyi 14 mindən artıq ödənişin elektron qaydada aparılmasını təmin edib<b style="color:red"></b>

"Azərbaycanda sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması ölkə başçısının həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir".

Bunu iqtisadiyyat sənaye nazirinin müavini Sahib Məmmədov Bakıda "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar milli təcrübələr" mövzusunda keçirilən beynəlxalq konfransda deyib. O, qeyd edib ki, görülən kompleks tədbirlər nəticəsində hazırda ÜDM- özəl sektorun payı 80 faizi ötüb, vergi daxilolmalarında 72,4 faiz, məşğulluğun təmin edilməsində 73,9 faizə yüksəlib: "Ölkədə biznes mühitinin yaxşılaşdırılması istiqamətində Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" 3 mart 2014- il tarixli fərmanı da sahibkarlığın inkişafına göstərilən diqqət qayğının, bu sahəyə verilən böyük önəmin, özəl bölməyə dövlət dəstəyi tədbirlərinin ardıcıllığının göstəricisi, sahibkarlığın inkişafının yeni mərhələlərinin hüquqi əsaslarını özündə əks etdirəm mühüm konseptual sənəddir. Fərmana uyğun olaraq, biznes investisiya mühitinin daha da yaxşılaşdırılması üçün müvafiq araşdırmalar aparılıb dünyanın qabaqcıl beynəlxalq təcrübələri nəzərə alınmaqla 8 istiqamət üzrə modellər təhlil edilib. Hüquqi şəxslərin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin "bir pəncərə" prinsipi ilə elektron qeydiyyatı, eyni zamanda tikintiyə icazələrin verilməsi sahəsində mövcud prosedur müddətlərin azaldılması, elektrik təchizatı şəbəkəsinə qoşulması sahəsində sənədlərin elektron qaydada qəbulunun təşkili, prosedur, müddətin xərclərin azaldılması, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı sahəsində prosedur, müddətin xərclərin azaldılması, kreditlərin verilmə prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsi, korporativ idarəetmənin təkmilləşdirilməsi investorların maraqlarının qorunmasının daha da yaxşılaşdırılması, idxal-ixrac əməliyyatları zamanı tələb olunan sənədlərin, müddət xərclərin azaldılması nəticədə "Müflisləşmə iflas haqqında" Qanunun təkmilləşdirilməsi ilə biznesin bağlanması prosedurlarının sərf olunan vaxtın azaldılması nəzərdə tutulub. Ölkədə elektron xidmətlərin tətbiqi həyatın bütün sahələrini, o cümlədən sahibkarlıq fəaliyyətini əhatə edir. Hazırda müxtəlif dövlət qurumları üzrə 428 növ xidmət elektron formada həyata keçirilir bunların sayı davamlı olaraq artır".

İqtisadiyyat Sənaye Nazirliyi tərəfindən göstərilən bütün xidmətlər elektronlaşdırılıb nazirlik tərəfindən 28 xidmət, o cümlədən 7 interaktiv 21 informativ xidmətlər göstərilir.

Nazirlik tərəfindən göstərilən elektron xidmətlər nəticəsində 20 minə yaxın icazəverici sənədin elektron qaydada verilməsi 14 mindən artıq ödənişin elektron qaydada aparılması təmin olunub.

SAMİRƏ

 





01.07.2014    çap et  çap et