525.Az

BSU-da dəyirmi masa


 

BSU-da dəyirmi masa<b style="color:red"></b>

İyunun 30-da Bakı Slavyan Universitetinin təşkil etdiyi dəyirmi masa respublikamızın ali orta təhsil müəssisələrində rus dilinin tədrisi öyrədilməsi, eləcə ən müxtəlif sahə səviyyələrdə işlədilməsi problemlərinə həsr olunmuşdu.

Respublikanın ali orta təhsil müəssisələrinin rusist alimlərinin, metodist müəllimlərin, mətbuat nümayəndələrinin iştirakı ilə baş tutan dəyirmi masa, əsasən iki mühüm məsələni müzakirə etdi: 1) ali orta məktəblərdə rus dilinin ədəbiyyatın müasir tələblər baxımından tədrisi, orta məktəblərin ibtidai V-VI siniflərində fənn kurikulumlarının tətbiqi vəziyyəti, yaradılan dərslik müəllim üçün vəsaitlərin fənn kurikulumları standartlara uyğunluğu problemləri; 2) Azərbaycanda rus dilinin işlənmə dairəsi mətbuatda yeri məsələsi.

Qoyulan məsələlərin aktuallığını vurğulayan BSU rektoru, professor Asif Hacıyev rus dili ədəbiyyatının tədrisi, rusistika sahəsində görülən işlərə, yaradılan lüğətlərə, elmi-metodik nəşrlərə  məlumat kitablarına, Rusiyanın ayrı-ayrı ali məktəbləri ilə əməkdaşlığın perspektivlərinə, rus dilinin xarici dil kimi tədrisi problemlərinə, kurikulum əsasında yaradılacaq yeni dərsliklərin yazılmasında Universitet əməkdaşlarının fəal qoşulmasının  vacibliyinə diqqəti yönəltdi. Rusiya  Mədəniyyət-Məlumat Mərkəzinin rəhbəri Valentin Denisovson illər ərzində Rusiyanın özündə rus dilinə dövlət səviyyəsində qayğının artdığını, bu canlanmanın Azərbaycanda fəaliyyət göstərən Rusiya Mədəniyyət-Məlumat Mərkəzinin fəaliyyətində öz əksini tapdığını söylədi.

Tanınmış rusist alimlər - Rus dili İnstitutunun direktoru prof. Qalina Udalıx,  Sumqayıt Dövlət Universitetinin elmi işlər üzrə prorektoru prof. Ramazan Məmmədov, BSU-nun kafedra müdirləri prof. Aida Şahbazova, dos.Könül Qasımova ali məktəblərimizdə rus dilinin tədrisi problemlərini qabartmaqla yanaşı, müasir tələblərə  cavab verən, interaktiv rejimdə dilin öyrədilməsini təmin edə biləcək yeni proqram dərsliklərin yaradılmasını vurğuladılar.

Orta məktəb müəllimləri - Bakı şəhəri 160 saylı klassik gimnaziyanın rus dili müəllimi Bahar Muradlı, BSU Məktəb-Lisey Kompleksinin rus dili müəllimi Rəna Babayeva, H.Əliyev adına Müasir Təhsil Kompleksinin rus dili müəllimi dos. Tamilla Məhərrəmova təhsil Azərbaycan rus dilində aparılan məktəblərimizdə rus dili fənn kurikulumlarının tətbiqini, yaradılmış dərsliklərin məzmun metodiki cəhətdən işlənmə səviyyəsini təhlil etdilər.

"Ədəbiyyat" fənn kurikulumu, V-VII siniflər üçün "Ədəbiyyat" dərsliklərinin metodiki vəsaitlərin yaradılması prinsipləri, milli kurikulum tətbiq olunmayan yuxarı siniflər üçün dərsliklərin yenidən işlənilməsi, bu zaman Təhsil Nazirliyi TQDK proqramlarının uyğunluğuna diqqət verilməsi kimi məsələlərə toxunan BSU Məktəb-Lisey Kompleksinin direktoru, klassik rus ədəbiyyatı kafedrasının dosenti İlahə Carçıyeva müasir şəraitdə məktəbdə ədəbiyyatın tədrisinin əhəmiyyətini vurğuladı.

Rusdilli Məktəblər Assosiasiyasının rəhbəri Lyubov Yakunina Azərbaycanın müxtəlif bölgələrində məktəblilər arasında keçirilən rus dili olimpiadalarından, Rusiya Azərbaycan məktəblilərinin birgə iştirakı ilə reallaşdırılmış maraqlı layihələrdən bəhs etdi.

"Azərbaycanda rus dili ədəbiyyatı" jurnalının baş redaktoru prof. Flora Nacıyeva rusdilli mətbuatın problemlərinə toxundu. Son illər ərzində kəmiyyətcə artan rusdilli qəzet jurnallarımızın həm keyfiyyət baxımından qazandığını söyləyən redaktor rəhbərlik etdiyi unikal nəşrin öz ətrafına xarici rusistləri cəlb etdiyini xüsusi vurğuladı.

BSU-nun tədris işləri üzrə prorektoru prof. Telman Cəfərov bu tipli dəyirmi masalarda yeni yaradılan orta ali məktəb dərsliklərinin aprobasıya təhlilinin böyük fayda verə biləcəyini vurğuladı.

Dəyirmi masa iştirakçılarına son illər BSU-da rusistika sahəsində nəşr olunmuş kitabların sərgisi təqdim olundu.

  Günay  ƏLİYEVA

 





01.07.2014    çap et  çap et