525.Az

Tələbə və məzunlara 330 boş (vakant) iş yeri təqdim edilib


 

Tələbə və məzunlara 330 boş (vakant) iş yeri təqdim edilib <b style="color:red"></b>

Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirlərini iyunun 30-da Bakı Biznes Universitetində davam etdirib. Bu barədə "525-ci qəzet"ə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat veriblər.

Universitetin tələbə məzunlarının əmək bazarına inteqrasiyasına xidmət edən tədbirdə 35-i qeyri-dövlət sektoruna aid 40 müəssisə tərəfindən 330 boş (vakant) yeri tələbə məzunların seçiminə təqdim olunub. Həmin boş yerlərindən 298-i özəl sektora aid müəssisələrdədir.  Aktiv məşğulluq tədbirində tələbələrlə ali təhsil ocaqlarını bitirərək əmək fəaliyyətinə başlamaq ərəfəsində olan məzunlarla boş yeri təqdim edən müəssisələrin nümayəndələri arasında əlaqələr yaradılıb. İşəgötürənlər gələcəkdə ixtisaslı kadrların seçiminin aparılması üçün tələbə məzunlardan CV-lər qəbul ediblər. Həmçinin tələbə məzunlar mövcud əmək bazarında peşə ixtisaslara olan tələbat barədə məlumatlar əldə ediblər. Tədbir zamanı boş vaxtları ərzində müvəqqəti xarakterli işlərlə təmin olunmaq istəyən şəxslər Səyyar Əmək Birjası tərəfindən qeydiyyata alınıblar.

Məlumat üçün bildirək ki, cari ilin aprel-may aylarında ƏƏSMN tərəfindən ölkənin 7 ali təhsil müəssisəsində tələbə məzunlar üçün aktiv məşğulluq tədbiri keçirilib. Bu tədbirlərdə 619 nəfərə boş yerlərinə göndəriş verilib. 163 nəfər peşə hazırlığı kurslarına, 162 nəfər müvəqqəti xarakterli işlərə cəlb olunmaları üçün qeydiyyata alınıb, 2560 nəfərdən CV-lər qəbul olunub. "Karyerada ilk addım" devizi altında aktiv məşğulluq tədbirləri il ərzində digər bir sıra ali təhsil müəssisələrində keçiriləcək.

SAMİRƏ

 





01.07.2014    çap et  çap et