525.Az

Ramiz Mehdiyev: "Azərbaycan korrupsiyaya qarşı mübarizədə çox gözəl təcrübə əldə edib"


 

Ramiz Mehdiyev: "Azərbaycan korrupsiyaya qarşı mübarizədə çox gözəl təcrübə əldə edib"<b style="color:red"></b>

"Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində çox gözəl təcrübə əldə edib".

APA-nın xəbərinə görə, bunu dünən "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar milli təcrübələr" mövzusunda Bakıda keçirilən beynəlxalq konfransda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev deyib. PA rəhbəri bildirib ki, Azərbaycanda Prezident İlham Əliyevin sərəncamları ilə korrupsiya ilə mübarizə sahəsində çox mühüm qurumlar yaradılıb: "Prokurorluq nəzdində korrupsiyaya qarşı mübarizə idarəsi var, "ASAN xidmət" adlı qurum yaradılıb ki, bu da çox unikal bir qurumdur. Belə bir qurumun haradasa yaranması ilə bağlı məlumatımız yoxdur. Ümid edirəm ki, tədbirə qonaqlar "ASAN xidmət" olacaq, onun fəaliyyətini müşahidə edəcək görəcəklər ki, bu, çox mühüm qurumdur. Azərbaycan vətəndaşları bu qurumun yaranması ondan istifadə ilə bağlı razılıqlarını bildirirlər".

Daha sonra Ramiz Mehdiyev Prezident İlham Əliyevin müraciətini oxuyub.

 





01.07.2014    çap et  çap et