525.Az

Sərhəd Mühafizəsinin 95 illiyi yubiley medalı təsis edilib


 

Sərhəd Mühafizəsinin 95 illiyi yubiley medalı təsis edilib<b style="color:red"></b>

Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik edilməsi barədə fərman imzalayıb.

525.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, dəyişikliyə əsasən, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı təsis edilib.
 
“Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” yubiley medalı haqqında Əsasnamə və medalın təsviri təsdiq edilib.
 
Əsasnamədə qeyd olunur ki, “Azərbaycan Sərhəd Mühafizəsinin 95 illiyi (1919-2014)” medalı ilə 2014-cü il avqust ayının 18-dək müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmət keçən, xidməti vəzifələrinin icrasında uğurlar qazanmış zabitlər, gizirlər, miçmanlar və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, habelə sərhəd xidməti orqanlarının qurulmasında və möhkəmləndirilməsində fəal iştirak etmiş, ehtiyata (istefaya) buraxılmış zabitlər və sərhəd xidməti orqanlarının inkişafında xüsusi xidmətləri olan digər şəxslər təltif edilirlər.

 





01.07.2014    çap et  çap et