525.Az

“2018-ci ilə qədər Azərbaycan tam şəkildə qazlaşdırılacaq”


 

“2018-ci ilə qədər Azərbaycan tam şəkildə qazlaşdırılacaq”<b style="color:red"></b>

Azərbaycanın bəzi regionlarında insanlar maqvi yanacaqsızlıqdan - qaz təchizatının olmamağından şikayətlənir. Qazlaşdırma ilə bağlı görülən işlərə baxmayaraq bir sıra ərazilər hələ də mavi yanacaq ala
bilmir.

Dağlıq rayonlardan - Goranboy, Gədəbəy, Yardımlı və Tovuzdan seçilmiş millət vəkillərinin məsələyə münasibəti necədir. Modern.az saytı deputatlala əlaqə saxlayıb.

Yardımlının deputatı Sabir Rüstəmxanlı: “Yardımlıda rayon mərkəzi və onun çevrəsindəki kəndlər qazlaşdırılıb. Amma regionun böyük bir hissəsində bu iş, hələ ki həyata keçirilməyib. Yardımlı digər rayonlardn fərqli olaraq, dağlıq ərazidədir. Kəndlər balaca və bir-birindən uzaqdadır. Ona görə də burada qaz çəkilişi zəhmət tələb edir. Amma buna baxmayaraq, iş gedir. Hesab edirəm ki, yaxın müddət ərzində ən azı iri kəndlərdə qaz təşhizatı başa çatacaq. Ümumiyyətlə, qaz təchizatı təkcə Yardımlı üçün yox, bütöv Azərbaycan üçün önəmli məsələdir. Çünki bu birbaşa meşələrlə, təbiətlə bağlı olan bir məsələdir. Məhz təbiətin qorunması baxımından da məsələ aktuallığını qoruyur. Güman edirəm ki, 2018-ci ildə Cumhuriyyət gününün 100 illiyinə qədər qazlaşdırma tam olaraq başa çatdırılacaq”.

Tovuzun deputatı Qənirə Paşayeva: “Tovuz rayonun böyük hissəsi qazla tam təchiz olunub.  Amma bəzi kəndlər var ki, oraların qazla təchizatı başa çatmayıb. Mənim seçki dairəmə gəldikdə, orada sadəcə bir kənd - Girzan kəndi qazla tam təchiz olunmayıb. Bununla bağlı mən bir neçə dəfə “Azəriqaz”la danışmışam, problemi müzakirə etmişik. Onlar söz veriblər ki, yaxın zamanda Girzan kəndinin qazlaşdırılmasını həyata keçirilməsinə dəstək göstərəcəklər. Digər məsələ isə ondan ibarətdir ki, bəzi kəndlərdə yalnız sovet dövründə qeydiyyata alınmış abonentlərə qaz verilir. Halbuki, yeni evlər tikilib, onların qazlaşdırılması ilə bağlı problem var. O evlərin sahibləri xahiş edirlər ki, xətlər dövlət hesabına çəkilsin. İndi bu məsələ ilə bağlı mən də bir neçə dəfə məsələ qaldırmışam. Ümid edirəm ki, yaxın zamanda öz həllini tapacaq”.

Goranboyun deputatı Mahir Aslanov: “Goranboy rayonunun qazla təchizatı baxımından işlər davam edir, rayonun 94 faizi mavi yanacaqla təchiz olunub. Qalan hissəsinin təchizatı isə yaxın müddət ərzində başa çatacaq”.

Qazla bağlı ən çox şikayət olan Gədəbəyin deputatı Sevinc Hüseynova: “Gədəbəy rayonu ümumi 106 kənddən ibarətdir və onlardan cəmi 26-sı qazla təchiz olunub. Yaxın illər ərzində qazlaşdırma tam şəkildə başa çatacaq”.

Məsələyə “Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Araz Ağayev də münasibət bildirib.

“Köhnə dövlət proqramı yenicə başa çatdı. Yeni qəbul olunmuş qazlaşdırma proqramı isə 2014-2018-ci illəri əhatə edir. Belə ki, 2018-ci ilə qədər Azərbaycanın bütün regionlarının qazlaşdırılması başa çatdırılacaq” deyə A. Ağayev bildirib.

 





01.07.2014    çap et  çap et