525.Az

"Ramazan ayınız mübarək!” yazılı bannerlər bir ay müddətində asılı qalacaq


 

"Ramazan ayınız mübarək!” yazılı bannerlər bir ay müddətində asılı qalacaq<b style="color:red"></b>

Bu il Ramazan ayı münasibəti ilə ilk dəfə olaraq Gürcüstan Müsəlmanları İdarəsinin təşəbbüsü və yerli icra hakimiyyətlərinin dəstəyi ilə müsəlmanların sıx yaşadığı Marneuli və Qardabani şəhərlərində təbrik bannerləri quraşdırılıb.

Bu barədə "Yeniufuq.org"-a Gürcüstan Müsəlmanlarının şeyxi Ramin İgidov məlumat verib.

Onun sözlərinə görə, “Ramazan ayınız mübarək!” yazılı trafaretlərin bir ay müddətində aslı qalacağı planlaşdırılıb: "Biz Gürcüstan Müsəlmanları İdarəsi olaraq bu istəyimizin yerinə yetirilməsində bizə dəstək olan dövlət qrumlarına minətdarlığımızı bildiririk."

 





01.07.2014    çap et  çap et