525.Az

Vaqif Əsədov: “Avtobus qəzalarının artması iddiası ilə razı deyiləm”


 

Vaqif Əsədov: “Avtobus qəzalarının artması iddiası ilə razı deyiləm”<b style="color:red"></b>

Avtobus qəzalarının sayının heç də artmayıb”.

Bunu Modern.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov deyib. “Sadəcə bir neçə yol qəza hadisəsi və ya qəza nəticəsində ölüm faktının artması müşahidə olunur. Bu da ölkə üzrə küçə və yolların uzunluğunun, abadlaşdırılmasının, avtomobil parkının artmasının, sürücülərin sayının artmasının və nəhayət ən vacibi isə yol hərəkatında mədəniyyət səviyyəsinin aşağı olmasından irəli gəlir. Doğrudur ötən illə müqayisə etdikdə qəza və ölüm hallarının sayının artması narahatçılıq hissini doğurur. Amma mövcud vəziyyət, potensial şərait, deməyə əsas verir ki,  hadisələrin minimuma endirilməsi üçün nizam-intizamın yüksəldilməsi müsbət təsir göstərə bilər”.

V. Əsədovun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtobus sürücülərinin hərəkət etdiyi yol nəqliyyat hadisələrinin təhlilinə nəzər saldıqda bütün göstəricilərdə stabillik sezilir. “İstənilən halda avtoqəzalar çox ciddi narahatçılıq doğurur. Bunun da səbəbləri var. Burada da təkcə Dövlət Yol Polisi deyil, sərnişindaşıma ilə məşğul olanlar, hüquq və fiziki şəxslər, piyadalar, sərnişinlər də öz növbəsində məsuliyyətini artırmalıdır. Yoxsa hər işi də polis əməkdaşının öhdəsinə buraxmaq da düzgün deyil.

Sərnişindaşıma ilə əlaqədar təhlil apardıqda  birinci növbədə avtobus dayanacaqlarının qeyri-qanuni taksi fəaliyyəti ilə məşğul olan sürücülərə görülən tədbirləri deyə bilərəm. Dəfələrələ demişəm taksi fəaliyyəti ilə məşğul olan sürücülərdən hətta 6-7 dəfə protokollar yazılanlar olub. Bu həm də dayanma-durma qaydalarının pozulmasıdır. Bundan başqa avtobus dayanacaqlarında sərnişin qismində olan piyadalar, özləri yolun hərəkət hissəsinə çıxıb avtobusu yolun sağ kənarında dayanmağına maneə yaradırlar. Bu da istər istəməz avtobus sürücülərinin yolun hərəkətdə olan hissəsində dayanmasına şərait yaradır. Digər tərəfdən, bəzi sürücülərin yol-hərəkət qaydalarını kobud şəkildə pozmasıdır ki, bu da birbaşa yol-nəqliyyat hadisələrinə gətirib çıxarır”, – deyə V. Əsədov əlavə edib.

Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev: “Bu qəzaların məsuliyyəti ən çox sahibkarların üzərinə düşür. Sahibkarlar öz avtobuslarını avtobuslara tapşıraraq bir növ öz mallarını tapşırırlar. Öz malına, mülkünə zərər gəlməsini istəməyən sahibkar, mümkün qədər sürücü seçimində ehtiyatlı olmalı, mütəmadi təlimatlar verməlidir. Məhz bunların müqabilində sürücü, öz məsuliyyətini daha yaxşı dərk edər. Avtobus sürücüləri bəzən qayda-qanun demədən pozaraq avtobus idarə edirlər. Hər halda təkcə polis dairələri deyil, həmçinin sahibkarlar, vəzifəli şəxslərin özləri də bu cür qayda pozuntularına qarşı mübarizə aparmalıdırlar. Ən azından sürücü bəlkə də heç insan tələfatı ilə nəticələnməyən belə qəza törədə bilər ki, bu da bir başa sahibkarın əmlakına zərər verəcək. Ona görə də sahibkar, özü də bunun marağında olmalıdır”, – deyə açıqlama verib.   

 

 





01.07.2014    çap et  çap et