525.Az

Putin “yeni SSRİ”-ni strateji hədəf elan etdi: “Avrasiya Birliyini buna görə yaratmışıq”


 

Putin “yeni SSRİ”-ni strateji hədəf elan etdi: “Avrasiya Birliyini buna görə yaratmışıq”<b style="color:red"></b>

“Avrasiya İqtisadi Birliyi MDB məkanındakı dövlətlər üçün yaradılıb. Lakin çoxu hələ bu birliyə daxil olmayıblar”.

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin rus diplomatlarla görüşündə deyib.

O bildirib ki, Avrasiya İttifaqı qonşu ölkələrlə dost əlaqələrinin möhkəmləndirilməsinə xidmət edir. Onun sözlərinə görə iqtisadi əməkdaşlığın inkişafı Rusiya xarici siyasətinin prioritetlərindəndir. “Biz MDB üçün Avrasiya Birliyini yaratmışıq. Bu, strateji istiqamətdir və uzunmüddətli perspektivə hesablanıb”,-deyə V. Putin bildirib.

Qeyd edək ki, may ayının 29-da Astanada Rusiya, Qazaxıstan, Belarus prezidentləri Avrasiya İqtisadi Birliyinin yaradılması haqqında sənədə imza atıblar. 

 





01.07.2014    çap et  çap et