525.Az

Azay Quliyev: “Helsinki Yekun Aktının pozulması ilə bağlı bir hesabat hazırlamalıyıq”


 

Azay Quliyev: “Helsinki Yekun Aktının pozulması ilə bağlı bir hesabat hazırlamalıyıq”<b style="color:red"></b>

“Gələn il Helsinki+40 toplantısına yığışmamışdan əvvəl Azərbaycan, Gürcüstan və Moldovada Helsinki Yekun Aktının pozulması ilə bağlı bir hesabat hazırlamalıyıq”.

Modern.az xəbər verir ki, bu təkliflə ATƏT Parlament Assambleyasının (PA) Bakıda keçirilən 23-cü yay sessiyası zamanı deputat Azay Quliyev çıxış edib. O, Helsinki Yekun Aktının 40 illiyində Azərbaycan, Gürcüstan və Moldova ilə bağlı qətnamə hazırlanması təklifi ilə çıxış edib.

 “Biz Helsinki prinsiplərin pozulmaması ilə əlaqədar müəyyən çağırışlar edirik. “Helsinki” prinsiplərinin necə qorunması düşündürür. Ukraynanın ərazi bütövlüyü sərhədlərin toxunulmazlığı birmənalı hörmətlə qarşılanmalıdır. Eyni zamanda düşünürəm ki, bu gün bütövlükdə ATƏT regionuna nəzər salmaq lazımdır və Helsinki yekun aktının prinsiplərinin həqiqətən də uzun müddət ATƏT regionunda pozulması bizi ciddi şəkildə narahat etməlidir. Biz gələn il Helsinki yekun aktının 40 illiyinə toplaşırıq. Biz bu 40 illiyə nə ilə gedirik və 40 illik müddətdə bu prinsiplər necə qorunub?! Öz seçicilərimizə, əhalimizə bu 40 ildə bu prinsiplərin qorunması ilə bağlı hansı müsbət fikirləri deyə bilərik?! Təəssüf ki, bu gün biz müsbət olaraq, heç nə deyə bilmərik. ATƏT ərazisində konfliktlər nəticəsində bir neçə dövlətin ərazi bütövlüyü pozulub.

Azərbaycanın, Moldavanın, Gürcüstanın Helsinki Yekun Aktının prinsipləri burda pozulub. Bu gün mən çox məmnunam ki, ABŞ-dan olan nümayəndə Smit Helsinki Yekun Aktı müddəalarının qorunması ilə bağlı çıxış etdi. Eyni zamanda mənim həmkarım Suareş də bu barədə öz narahatlığını ifadə etdi.

Hesab edirəm ki, bunun arxasınca bir qətnamə layihəsi ilə çıxış etməliyik. Bu gün bu işdə təcrübəsi olan həmkarımız var. Mən təklif edərdim ki, cənab sədr bizim ABŞ-dan olan həmkarımız hörmətli Smiti dəvət etməliyik. Biz eyni zamanda ATƏT PA-nın Cənubi Qafqaz üzrə nümayəndəsini bu prosesə yaxından cəlb etməliyik. Əminəm ki, bu prosesin irəliyə aparılmasında Azərbaycan Gürcüstan və Moldova deputatları da birgə işləməyə hazırdır. Qoyun birgə bir layihə hazırlayaq. Hesab edirəm ki, bu gün ATƏT PA-nın qarşısında duran ən mühüm məqamlardan biri bu prinsiplərin qorunmasıdır”. 

 





01.07.2014    çap et  çap et