525.Az

“Sanksiyalar fonunda Rusiyanın iqtisadi inkişafı ləngiyib”


 

“Sanksiyalar fonunda Rusiyanın iqtisadi inkişafı ləngiyib”<b style="color:red"></b> ABŞ və Avropa Birliyinin tətbiq etdiyi sanksiyada sonra Rusiya iqtisadiyyatının inkişafında ləngimə müşahidə edilib.
 
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu, Beynəlxalq Valyuta Fondunu hesabatında göstərilib.
 
 
Təhlilçilərin proqnozuna əsasən, 2014-cü ildə Rusiyada Ümumi Daxili Məhsulun həcmi 0,2 faiz artacaq.
 
Bank hesablarının dondurulması, viza məhdudiyyətləri, Krımın işğalından sonra rusiyalı yüksək vəzifəlilərə sanksiyalar tətbiq ediləndən sonra ilk 5 ayda 80 milyard dollar Rusiyadan çıxıb.
 
Geosiyasi gərginlik sərmayə üçün Rusiya şirkətlərinin cəlbediciliyini də azaldıb.
 
Mütəxəssislərin fikrincə, Rusiyanın idxalı əvəzetməyə cəhd siyasəti ölkədə iqtisadi islahatlar prosesini təhlükə altına qoya bilər.
 





02.07.2014    çap et  çap et