525.Az

Dövlət Taxıl Fondu buğda qəbuluna başladı


 

Dövlət Taxıl Fondu buğda qəbuluna başladı <b style="color:red"></b> Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Material Ehtiyatları Agentliyi Dövlət Taxıl Fondu üçün cari ilin iyul ayının 2-dən yerli buğda istehsalçılarından buğda qəbuluna başlayıb.
 
FHN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, buğda Nazirliyin “Səngəçal” və “Gəncə” Taxıl elevatorları, həmçinin, “Abşeron Taxıl” MMC, “Karat-Holdinq” MMC, “Karmen” MMC, “FATOĞLU” MMC, N. Quliyev adına “Bakı-Taxıl” ASC, “Araz ASC” və “Aveta” MMC müəssisələri vasitəsilə qiyməti bir ton üçün 240 AZN olmaqla qəbul edilir.
 
Buğda Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli 105 nömrəli qərarı ilə təsdiq edilmiş “Dövlət Taxıl Fondunun saxlanması və istifadəsi Qaydaları”nın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş Dövlət Taxıl Fonduna tədarük olunan taxıl üçün qəbul edilmiş aşağıdakı keyfiyyət göstəricilərinə cavab verməlidir:
 
I. Dənin naturası (bir lititlik purkalarda qramla):
buğda üçün                                                                           -750 q/l-dən az olmamaqla
 
II. Alaq otları (zibil)qarışığı (faizlə)
buğda üçün                                                                           -2 faizdən çox olmamaqla
 
III. Dən qarışığı (faizlə):
buğda üçün                                                                          - 5 faizdən çox olmamaqla
 
IV. Nəmlik (faizlə):                                                            -13,0 faizdən çox olmamaqla
 
V. Yapışqanlıq 3-cü sinif buğda üçün :                         - 23 faizdən az olmamaqla
yapışqanlığın keyfiyyəti                                                        -2-ci qrupdan aşağı olmamaqla
 
VI.  Şüşəvarilik
  -3-cü sinif buğda üçün                                                         -40-45% hüdudlarında
 
 
VII. İyi və dad-bütün bitkilər üfunət, səməni,                - yol verilmir
 acıyovşan və ya dənli bitkilərə xas olmayan və
onların emalı məhsullarına keçən (kerosin, benzin,
sarımsaq və buna oxşar maddələr) digər iy və dad
 
 
VIII. Sürmə ilə sirayətlənmiş dənlər                                 -yol verilmir
 
IX. Anbar ziyanvericiləri                                                       - yol verilmir
ilə sirayətlənmə bütün bitkilər üçün
 
X. Digər əlamətlər–bütün bitkilər üçün                             -yol verilmir
karantin və iqtisadi cəhətdən
təhlükəli xəstəlik, zərərverici və alaq
otlarının toxumları olan dən (heyvanların yoluxucu və ya tarlada qışlayan xəstəliklərlə sirayətlənmiş, tərkibi toksiki elementlər, radionukleidlər, pestisidlərlə çirklənmiş dənlər, həmçinin, ekoloji baxımdan əlverişsiz təsərrüfatlarda becərilmiş məhsul)
Bu keyfiyyət göstəricilərinin tələblərinə cavab verməyən və məhsulun keyfiyyət göstəriciləri barədə akkreditə olunmuş laboratoriyadan sertifikatı olmayan buğda məhsulu qəbul edilməyəcək.
 
Əlaqə telefonları və qəbul məntəqələrinin ünvanları:
“Səngəçal” Taxıl elevatoru: Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı şossesi:
Tel: 050-218-30-06; 055-560-06-12.
“Gəncə” Taxıl elevatoru: Gəncə şəhəri, Azərbaycan əsgəri-20, Tel: 055-220-62-26.
“Abşeron Taxıl MMC”: Abşeron rayonu, Xırdalan şəhəri, Samaxı şossesi,                          
Tel: 050-204-24-78; 050-545-12-18.
“Karat-Holdinq” MMC: Xirdalan şəhəri,  Samaxı şossesi-23,  Tel.: 012-342-09-50,        050-223-18-97
“Karmen” MMC: Abşeron rayonu, Yeni Samaxı şossesi-23, Tel.: 012-342-59-12.                       
“FATOĞLU” MMC: Gəncə şəhəri, Kimyaçılar küçəsi-1, Tel: 022-56-94-44;
 050-222-08-20
N.Quliyev adına “Bakı-Taxıl” ASC: Dərnəgül qəsəbəsi, 2096-cı məhəllə.
Tel. 012-566-21-72
“Araz ASC”: Zığ şossesi 27, Tel. 050-502-29-08; 012-379-10-29; 012-373-04-89.
 faks: 012-373-90-00
“Aveta” MMC: Kürdəmir şəhəri, Bakı prospekti 6, tel.: 0145-6-60-08, 050-200-11-97,    Faks: 0145-6-60-03
 
Dövlət Taxıl Fondunun əlaqə telefonu və elektron poçtu:
tel: 055 560 06 12
 





02.07.2014    çap et  çap et