525.Az

Bahar Muradova İctimai Palatanın keçirəcəyi aksiyaya münasibət bildirib


 

Bahar Muradova İctimai Palatanın keçirəcəyi aksiyaya münasibət bildirib<b style="color:red"></b>

“Etiraz aksiyası keçirmək müxalifətin hüququdur. Amma bu hüquq qanun çərçivəsində həyata keçirilməlidir”.

525.az-ın məlumatına görə, bu fikirləri YAP-ın saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

İctimai Palatanın parlamentin qarşısında nəzərdə tutduğu piketin məqsədinə münasibət bildirən B. Muradova qeyd edib ki, bu təşkilatda birləşənlər həmin aksiya ilə nəyisə dəyişəcəklərini düşünürlərsə, yanılırlar:

“Onlar parlamentin buraxılmasını da tələb edirdilər. Belə tələblərin yerinə yetirilməsi mümkünsüzdür. Həm hüquqi, həm də praktiki cəhətdən bu proses mümkün deyil. Ona görə də, mümkünsüz olan tələblərin ətrafında müzakirələr açılmasının tərəfdarı deyiləm”.

Qeyd edək ki, İctimai Palata noyabrın 2-də Milli Məclisin qarşısında “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna, İnzibati Xətalar və Cinayət məcəllələrinə ediləcək dəyişikliyə etiraz olaraq aksiya keçirmək niyyətindədir.
 


 

 





30.10.2012    çap et  çap et