525.Az

"NATO Suriyaya hərbi müdaxilə etmək niyyətində deyil”


 

"NATO Suriyaya hərbi müdaxilə etmək niyyətində deyil”

NATO Suriyaya hərbi müdaxilə etmək niyyətində deyil. APA-nın məlumatına görə, bu fikirləri NATO-nun baş karibi Anders Foq Rasmussen Azərbaycan Diplomatik Akademiyasının tələbələrinin suallarını cavablandırarkən deyib.

O, Suriya və Liviya arasında analogiya aparmağın düzgün olmadığını söyləyib: “Liviya və Suriya fərqli hadisələrdir. Liviya məsələsində insanları müdafiə etmək üçün əlimizdə BMT-nin dəqiq ifadə olunmuş mandatı və region ölkələrinin dəstəyi vardı. Suriya isə başqa məsələdir. Suriya məsələsində ən yaxşı variant məsələsinin siyasi yolla həllidir. NATO Suriyada vəziyyəti ciddi şəkildə izləyir. Türkiyə bizim tərəfdaşımızdır və zərurət yaranacağı təqdirdə biz Türkiyəni müdafiə etməyə hazırıq”.

 





07.09.2012    çap et  çap et